BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri çöl-tədris təcrübəsində olub
Bakı, 22 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin buraxılış kurs tələbələri tədris planına uyğun olaraq Şamaxı rayonunda çöl-tədris təcrübəsində olublar.
Bu barədə AZƏRTAC-a müsahibəsində fakültənin dekan müavini Cəsarət Şabanov məlumat verib. C.Şabanov bildirib ki, çöl-tədris təcrübəsində 168 tələbə iştirak edib. Tələbələr Şamaxı rayonu ərazisində torpaq-bitki örtüyü, flora və fauna biomüxtəlifliyi ilə tanış olublar. Ayrı-ayrı genetik qatlar üzrə torpaq nümunələri götürülüb. Həmin torpaq nümunələri universitetin laboratoriyalarında analiz ediləcək.
Tələbələr, eyni zamanda, Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]