BDU tələbələri arasında Zəfər Gününə həsr olunan rəsm müsabiqəsi elan edilir
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) 8 Noyabr – Zəfər Günü münasibətilə tələbələr arasında rəsm müsabiqəsi elan edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə Vətən müharibəsində parlaq Zəfərimizi, Qarabağ və Şərqi Zəngəzurun tarixini, qəhrəman əsgərlərimizin döyüş ruhunu əks etdirən əsərlər qəbul olunur. Rəsmlərin işlənmə texnikası sərbəstdir.
Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.
Təqdim olunmuş rəsm əsərləri Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər təltif ediləcəklər.
Rəsmlər müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə noyabrın 3-dək BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə təqdim olunmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]