BDU: Xəzərdəki nərə balıqlarının morfoloji fərqliliyi genom səviyyəsində araşdırılır
Bakı, 22 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU), İzmir Yüksək Texnologiya İnstitutu və “Lu-Mun Holding” tərəfindən Xəzər dənizinin nərə balıqlarının (Acipenseridae) morfoloji fərqliliyinin genom səviyyəsində araşdırılması məqsədilə ortaq elmi-tədqiqat layihəsinə başlanılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi molekulyar genetik analizlər vasitəsilə yerli nərə balıqlarında mövcud olan morfoloji dəyişiklikləri molekulyar səviyyədə öyrənmək və yerli nərə balıqlarının yeni bir növə aid olub-olmadığını müəyyənləşdirməkdir. Eyni zamanda, bu layihə çərçivəsində ilk dəfə olaraq Xəzər qızıl balığının (Salmo caspius) genom səviyyəsində analizlərinin həyata keçirilməsinə başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]