BDYPİ xəbərdarlıq edir: İsti hava nasaz avtomobildə yanğın ehtimalını dəfələrlə artırır
Bakı, 17 iyul, AZƏRTAC
Yay mövsümü üçün xarakterik olan isti hava texniki-təhlükəsizlik baxımından nasaz, istismara yararsız nəqliyyat vasitələrində yanğın ehtimalını dəfələrlə artırır. Avtomobilin mühərrik sistemində, elektrik naqillərində, təkər və ya şinlərində mövcud olan nasazlıqlar isti hava şəraitində özünü daha tez büruzə verir ki, bu da yanğınla müşahidə edilən ağır fəsadlara, yolda ləngimələrə, ətraf mühitin çirklənməsinə gətirib çıxarır.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı xəbərdarlıqda qeyd olunub.
Bildirilib ki, BDYPİ son günlər bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərə avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamağı, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, uzaq məsafələrə səfərlər zamanı avtomobili texniki müayinədən keçirməyi, avtomobili standartlara uyğun və yararlı odsöndürənlə təchiz etməyi və ondan istifadə qaydalarını mənimsəməyi tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]