BƏƏ və Pakistan INTOSAI-nın İdarə Heyətinə üzv seçiliblər
Bakı, 17 iyul, AZƏRTAC
Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) 62-ci toplantısı çərçivəsində 2025–2031-ci illər üçün Beynəlxalq Ali Audit Qurumları Təşkilatının (INTOSAI) İdarə Heyətinə üzvlərin seçilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, səsvermədə 6 ölkə - Koreya Respublikası, Malayziya, Filippin, Pakistan, Tailand, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasından seçim edilib.
Səsvermədə 12 ölkənin ali audit qurumunun nümayəndəsi iştirak edib - Azərbaycan, Çin, Hindistan, Yaponiya, Qazaxıstan, Koreya Respublikası, Malayziya, Pakistan, Filippin, Səudiyyə Ərəbistanı, Tailand, BƏƏ.
BƏƏ (7 səs) və Pakistan (6 səs) INTOSAI-nin İdarə Heyətinə 2025–2031-ci illər üzrə yeni üzvlər seçilib.
Xatırladaq ki, 2019-2025-ci illərdə ASOSAI-ni INTOSAI-də Yaponiya və Tailand təmsil edib.