BƏHREYNİN KRALI ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN İSA AL XƏLİFƏYƏ
Əlahəzrət,
Oğlunuz şeyx Feysalın avtomobil qəzası nəticəsində faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
14 yanvar 2006-cı il.