Belarusun "Belavia" aviaşirkəti İsrailə uçuşları bərpa edib
Bakı, 8 yanvar, AZƏRTAC
Belarus “Belavia” aviaşirkəti İsrailə uçuş proqramını bərpa edib.
AZƏRTAC Belarusun Belta informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Təl-Əviv “Belavia” şirkətinin marşrut şəbəkəsində ilk istiqamətlərdən biridir. Aviaşirkət İsrailə uçuşlara 1995-ci ildə başlayıb. Proqram 2022-ci ilin fevral ayında aviaşirkətdən asılı olmayan səbəblərə görə dayandırılıb.
Uçuşların bərpası bayram ab-havası ilə yadda qalıb, bütün sərnişinlər aviaşirkətdən hədiyyələr alıblar.