BELARUSUN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika günü münasibətilə “Avropa” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.
Səfir Nikolay Pastkeviç qonaqları salamlayaraq demişdir ki, cari ildə müstəqil dövlətlər kimi münasibətlərinin 15 illik yubileyini qeyd edəcək Belarus və Azərbaycan inkişaf edir, dünyada öz layiqli yerlərini möhkəmlədirlər. Səfir Belarus ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində dövlətlərimizin başçılarının rolunu və xidmətlərini xüsusi vurğulamışdır. Diplomat bildirmişdir ki, bu əlaqələr inkişaf edir, daha da dərinləşir.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin adından əziz bayram münasibətilə Belarus xalqını təbrik edərək vurğulamışdır ki, Azərbaycan-Belarus əlaqələri möhkəm təməl üzərində qurulmuşdur, xalqlarımızın dostluğu çoxəsrlik tarixə malikdir. Münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyəti vardır.
Qəbulda Milli Məclisin deputatları, hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, digər şəxslər iştirak etmişlər.
######
![]() |
![]() |

