BELÇİKANIN FLAMAND ŞƏHƏRLƏRİ YALNIZ NİDERLAND DİLİNDƏ ADLANDIRILACAQ
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Belçikanın şimalında yerləşən və əhalisi əsas etibarilə Niderland dilində danışan Flandriya ərazisindəki şəhərlər tezliklə yalnız Rubensın və Bosxun dilində adlandırılacaqdır. Müvafiq qərarı Flandriya parlamenti səs çoxluğu ilə qəbul etmişdir. Deputatların qərarına əsasən, flamand şəhərlərinin fransız dilində versiyası ləğv ediləcəkdir.
Bu vaxtadək Flandriyada yaşayış məntəqələrinin adları məcburən Belçikanın iki rəsmi dilində - Niderland və fransız transkripsiyasında yazılırdı. Lakin bu, paytaxt Brüsselə aid edilməyəcəkdir, çünki Brüssel flamand şəhəri olsa da, ənənəvi ikidilli Paytaxt regionunun ərazisində yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]