BƏLƏDİYYƏLƏRLƏ BAĞLI YENİ QANUNLAR HAZIRLANIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin regional məsələlər daimi komissiyasının 2005-ci ilin yaz sessiyası ilə bağlı iş planı, bələdiyyələrin fəaliyyəti, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi məsələləri bu komissiyanın yanvarın 26-da keçirilən iclasında müzakirə olunmuşdur.
Komissiyanın sədri Zahid Qaralov demişdir ki, ölkədə yerli özünüidarə orqanlarının fəaliyyətini tənzimləmək üçün ötən illərdə bir sıra qanunlar qəbul edilsə də, bu sahədə hələ də mövcud olan problemləri aradan qaldırmaq və bələdiyyələrin fəaliyyətinin səmərəsini artırmaq üçün yeni qanunların qəbulu vacibdir. Bu məqsədlə də komissiyanın cari ilin yaz sessiyasının iş planına “Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının Nümunəvi Nizamnaməsi haqqında”, “Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyəti haqqında”, “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydaları haqqında”, “Bələdiyyə qulluqçularının sosial təminatları haqqında” və digər vacib qanun layihələri daxil edilmişdir.
Sonra Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi məsələsinə baxılmış və müvafiq qərar qəbul edilmişdir.
Layihələri Milli Məclisin müzakirəsinə çıxarmaq tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]