BENİTA FERRERO-VALDNER: TÜRKMƏNİSTANLA AZƏRBAYCAN ARASINDA QAZ KƏMƏRİNİN TİKİNTİSİ ZƏRURİDİR
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner “Faynənşl Tayms” qəzetinə müsahibəsində Türkmənistanla Azərbaycan arasında qaz kəməri tikintisinin zəruri olduğunu xatırlatmışdır. B.Ferrero hesab edir ki, bu kəmər Türkmənistan qazını Rusiyadan yan keçməklə, Qazaxıstan ərazisindən, yaxud dəniz yolu ilə tankerlərlə Avropaya nəql etməyə imkan verir.