Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Narkotik vasitələrin alqı-satqısını təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədəli Məmmədov Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb. M.Məmmədov ifadəsində marixuananı İrandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyini və satışını təşkil etmək üçün yaşadığı Bərdə rayonuna gətirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]
DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk
- 12.10.2026 [17:50]