Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib VİDEO

Berlin, 26 aprel, AZƏRTAC

Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin (DAMV) təşkilatçılığı ilə aprelin 26-da Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultayda Almaniyada və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən 200-dən çox həkim iştirak edib.

Qurultayı açan Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin həmtəsisçisi və İdarə Heyətinin ilk sədri Abbas Əhmədli DAMV-ın və qurultayın əsas məqsədlərindən danışıb. Bildirib ki, qurultay azərbaycanlı həkimləri bir araya gətirərək səhiyyə sahəsindəki aktual məsələləri müzakirə etmək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və Azərbaycanın tibb təhsilinin inkişaf perspektivlərini araşdırmaq məqsədi daşıyır.

DAMV-ın İdarə Heyətinin sədri Aqil Hüseynzadə sıralarında Almaniyadakı azərbaycanlı həkimləri birləşdirən birliyin fəal şəkildə diaspor fəaliyyəti də həyata keçirdiyini diqqətə çatdırıb. A.Hüseynzadə qurultayda Azərbaycan, Almaniya, Türkiyə, Britaniya və Rusiyada çalışan həkimlərimizin ölkəmizdə səhiyyənin inkişafı və xaricdə işləyən həkimlərimizin bu prosesə fəal şəkildə cəlb olunmasına və onların şəbəkələşməsinə dair müzakirələrin aparılacağını qeyd edib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Azərbaycan diasporunun intellektual özəyini təşkil edən həkimlərimizin bilik, peşəkarlıq və humanist dəyərlərə sadiqlikləri ilə ölkəmizi uğurla təbliğ etdiklərini bildirib, qurultayın Azərbaycan həkimlərinin Almaniyada vahid güc kimi çıxış etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Son illərdə Azərbaycanda tibb sahəsinin inkişafı, səhiyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı islahatların həyata keçirildiyini xatırladan səfir Almaniyada çalışan həkimlərimizin bilik və təcrübələri ilə bu prosesə dəstək vermələrinin önəmini vurğulayıb.

Azərbaycan ilə Almaniya arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran N.Ağayev bildirib ki, son iki il ərzində bir sıra yüksəksəviyyəli qarşılıqlı səfərlər həyata keçirilib və bu səfərlər münasibətlərimizin inkişafı üçün yeni imkanlar yaradıb. Azərbaycanlı həkimlərin də iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacaqlarına əminlik ifadə olunub.

Avropada, o cümlədən Almaniyada müəyyən qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını vurğulayan diplomat, bu cəhdlərə qarşı effektli mübarizədə, eləcə də ölkəmizin inkişafı, regionda sülhə və sabitliyə əsaslanan siyasəti barədə həqiqətlərin Almaniyanın siyasi dairələrinə və ictimaiyyətinə çatdırılmasında birgə fəaliyyətin mühüm rol oynadığını deyib.

Çıxışında işğaldan azad olunan ərazilərin bərpası çərçivəsində ən müasir tələblər səviyyəsində elm, təhsil və səhiyyə sisteminin qurulduğunu diqqətə çatdıran N.Ağayev Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlamasının hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu, universitetin qurultayda təmsil edilməsinin tarixi önəm daşıdığını vurğulayıb.

Sonra Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin İdarə Heyətinin üzvü Fuad Mahmudlu DAMV-ın fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda Birliyin məqsədi və əsas fəaliyyət istiqamətləri, Almaniyada çalışan azərbaycanlı həkimlərin təşkilatlanması və ölkəmizdə səhiyyənin inkişafına töhfələri istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin qazandıqları uğurlarla və təşkilatlanmaqla Azərbaycan dövlətinin səhiyyə sahəsində həyata keçirdiyi islahatlara öz töhfələrini verdiklərini diqqətə çatdırıb. Son dövrlərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda səhiyyənin inkişafına yüksək diqqət və qayğısı nəticəsində bu sahədə mühüm uğurların əldə olunduğunu, yeniliklərin tətbiq edildiyini qeyd edən rektor xaricdə çalışan azərbaycanlı həkimlərin bu prosesdə öz təcrübələrini bölüşərək yaxından iştirak etdiklərini bildirib.

Qarabağ Universitetinin Tibb fakültəsinin dekanı Samir Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad olunan ərazilərdə digər istiqamətlər kimi, səhiyyənin də inkişafına böyük diqqət yetirildiyini və bu istiqamətdə əhəmiyyətli addımların atıldığını qeyd edib. Bu işlərdə xaricdə işləyən həkimlərimizin bilik və təcrübələrinin tətbiqinin əhəmiyyətini qeyd edən S.Babayev həmkarlarını işğaldan azad olunmuş ərazilərimizdə səhiyyənin inkişafı işinə fəal şəkildə qoşulmağa çağırıb.

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov xaricdə çalışan azərbaycanlı həkimlərin Bakı ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrində də həyata keçirilən layihələrin icrasında fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Açılış çıxışlarından sonra qurultay işini panel iclaslarla davam etdirib. DAMV İdarə Heyətinin üzvü Nəsrulla Nəsrullayevin moderatorluq etdiyi “Tibb təhsilinin praktik hissəsinin təşkili və dünya təcrübəsi” mövzusunda birinci panel iclasında Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Almaniyanın Klinikum İdar-Oberstein Tibb Mərkəzinin II Daxili Xəstəliklər Klinikasının Kardiologiya, pulmonologiya və reanimasiya bölməsinin baş həkimi professor Natiq Həsənov, Qarabağ Universitetinin Tibb fakültəsinin dekanı Samir Babayev, Türkiyənin Biruni Universitetinin Göz xəstəlikləri kafedrasının müdiri Faiq Orucoğlu çıxış ediblər.

DAMV İdarə Heyəti sədrinin müavini Gülşən Əhmədlinin moderatorluq etdiyi “Həkimlərin təşkilatlanması” adlı ikinci panel iclasında GAMCA-nın təsisçisi və İdarə Heyətinin sədri professor Qurbanxan Müslümov, Berlin Türk Tibb İşçiləri Cəmiyyətinin İdarə Heyətinin sədri Erdal Şafak, Azərbaycan Tibb Universitetinin prorektoru Orxan İsayev, AMD-nin İdarə Heyətinin üzvü Könül Məmmədova, DAMV İdarə Heyətinin üzvü Surəddin İsmayıl və “AzerMDS”in təsisçisi Vüqar Yaqublu çıxış edərək azərbaycanlı həkimlərin təşkilatlanması istiqamətində son dövrlərdə görülən işlər barədə məlumat veriblər.

“Xaricdə çalışan azərbaycanlı həkimlərin Azərbaycan səhiyyəsində iştirakı” mövzusunda üçüncü panel iclasına TƏBİB-də Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadə moderatorluq edib. İclasda çıxış edən TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov, ATU-nun Oftalmologiya kafedrasının üzvü Tural Qəlbinur, Almaniyanın Hegau-Bodensee Klinikasının Neyrocərrahiyyə şöbəsinin baş aparıcı mütəxəssisi Turab Qasımov, Britaniyanın Birmingem Qadın Xəstəxanasının həkimi Fidan İsrafilbəyli, Almaniyanın “Cosmopolitan Aesthetics Braunschweig” klinikasının həkimi, plastik cərrah Abbas Əhmədli xaricdə çalışan həkimlərimizin ölkəmizdə səhiyyənin inkişafında iştirakının əhəmiyyətini qeyd edərək, xüsusilə son dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıblar.

DAMV İdarə Heyətinin üzvü Nigar Muchanın moderatorluq etdiyi “Açıq müzakirə” adlı dördüncü panel iclasında Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi İlhamə Cəfərli, Türkiyənin “Memorial Hospitals Group”un beynəlxalq marketinq və inkişaf üzrə rəhbəri Araz Cəlilov, ATU-nun Tədris-Cərrahiyyə Klinikasının uroloq-androloqu Vasif İsmayıl, DAMV-ın İdarə Heyətinin sədri, Almaniyanın KRK Nordstadt xəstəxanasının Göz xəstəlikləri şöbəsinin mütəxəssisi Aqil Hüseynzadə, “Referans Medical Group”un nümayəndəsi, “Referans Lor Hospital” klinikalarının direktoru səhiyyə meneceri Ariz Cəbrayılov çıxış ediblər.

Qurultay çərçivəsində, həmçinin təqdimatlar da nümayiş etdirilib. “Tibbia – Tibb Ensiklopediyası” adlı təqdimatla çıxış edən Toğrul Məmmədli tibbi biliklərin sistemləşdirilməsi və innovativ informasiya bazalarının səhiyyəyə töhfəsi barədə məlumat verib. “Süni intellektin tibdə və tibb təhsilində tətbiqi” mövzusunda təqdimatda isə Elçin İsmayılov süni intellektin tibbi diaqnostika, klinik qərar qəbuletmə və tibb təhsilində rolundan söz açıb.

Qurultayın bağlanış mərasimindən sonra ziyafət təşkil olunub.

Qeyd edək ki, Alman-Azərbaycan Tibb İşçiləri Birliyi (DAMV) 2021-ci ilin yanvarında Almaniyada çalışan azərbaycanlı həkimlərin bir qrupu tərəfindən təsis edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır

Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Misir Yaxın Şərqdə gərginliyi azaltmaq üçün dördtərəfli koordinasiya mexanizmi təklif edib

Vətən müharibəsinin xronikası: 28 oktyabr

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

Elnur Soltanov: 2 giqavat elektrik enerjisi istehsalı gücünün yaradılması 2 milyard dollar investisiyanın cəlb olunması deməkdir

Bişkekdə fərdi məlumatların qorunması üzrə beynəlxalq forum keçirilir

Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib

Çində duz yığımı mövsümündən maraqlı görüntülər – FOTOLAR

Maksim Medvedev: Uşaqlara dəstək olmalıyıq, onların əlindən telefonu, sosial şəbəkələri ala bilmərik

BMT Proqramının direktoru: Azərbaycanda olmaq böyük sevincdir

Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib

Qazaxıstanda 2027-ci ildə “Balxaş” AES-in tikintisinə başlamaq təklif olunub

Qətər nümayəndəsi: Məkkə Konvensiyası əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmdir

Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və tolerantlığın təşviqində mühüm platformadır- ŞƏRH

Paytaxtın Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb VİDEO

Pyerluici Kollina: Azərbaycanlı hakimlər dünya çempionatında əla iş görürlər

“Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik

Azərbaycan təmsilçilərinin FIBA Avropa Kubokunda növbəti sınağı

Azərbaycanlı alimlər Qazaxıstandakı beynəlxalq konfransda çıxış ediblər

Vajiha Harris: Münaqişə bölgələrində qadınların yükü ikiqat ağırdır, onların ehtiyacları xüsusi diqqət tələb edir

Metan emissiyalarının azaldılması Azərbaycanın iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır

Nazir müavini: Forumda 5 qitəni təmsil edən 44 ölkədən 100-dən çox gənc iştirak edir

İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir

Azərbaycanın millisinin baş məşqçisi: Əminəm ki, futbolçular U-15 dünya çempionatındakı anları uzun müddət xatırlayacaqlar

Fərhad Hacıyev: Gənclər dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, inkişafa təsir göstərmək gücünə malikdirlər

Aşqabadda Xəzər dənizi sahilyanı ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası keçirilir

FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır

BMT rəsmisi: Qadınların iqtisadi imkanları genişləndirilməli, təhsili layiqli iş imkanları ilə əlaqələndirilməlidir

Fransız professor: Mədəniyyətlərarası dialoq sülhün və fundamental insan hüquqlarının təşviqinə xidmət edir

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

Fərid Cəfərov: Müasir dünya gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaradır

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

Üç ölkənin müdafiə nazirləri Qara dənizin təhlükəsizliyini müzakirə edəcəklər

Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır

Sunniya Durrani-Camalı: AİB regional yaşıl enerji əlaqələrinin qurulması istiqamətində iş aparır

Anais Dagrou: Qızların rəqəmsal imkanlara çıxışı genişləndirilməli, süni intellekt üzrə bilikləri artırılmalıdır

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

Akademik Kamal Abdulla: “Öyrədərək öyrənirik” prinsipi təhsilin əsasını təşkil edir

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir

Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib

BƏT: Dünyada təxminən 66,5 milyon ev işçisi qeyri-rəsmi şəkildə çalışır

BMT Baş katibinin müavini: Gənc nəsil müharibə deyil, sülh nəsli olmalıdır

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir

Səməd Bəşirli: Dayanıqlı İnkişaf Məqsədləri milli inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib

Firudin Qurbanov: Təhsili zəif olan insanları yanlış istiqamətə yönəltmək daha asandır

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur

Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir

Bakıda “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda sessiya təşkil olunub

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına

İsraildə seçkilərin ilkin “exit-poll” nəticələri açıqlanıb

Fethi Mansouri: Sosial həmrəylik və ədalət insan tərəqqisinin əsasını təşkil edir

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olur

Nazir müavini: Azərbaycan DİM-lərlə bağlı çağırışlarda güclü institusional bazaya malikdir

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Özbəkistanda Mərkəzi Asiya və Azərbaycan gənc liderlərinin dialoqu keçirilir

Suriya və İordaniya birgə təhlükəsizlik komitəsi yaradacaq

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir VİDEO

Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib

Azərbaycan və Belarus: Hərbi-texniki tərəfdaşlıqdan gələcəyin birgə texnologiyalarına

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrdir

Ağdaş və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

® “Baku Steel Company” Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib

Qızıl və gümüş ucuzlaşır VİDEO

Qızıl və gümüş ucuzlaşır VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

ABŞ Yaxın Şərqə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirir

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür - ŞƏRH

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib VİDEO

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib VİDEO

WSJ: ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı Körfəz ölkələrini xəbərdar edib

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Suriya ilə İordaniya arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

ABŞ-nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Tramp: ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək

Niderlandda soyuq müharibə dövrünə aid bunker satışa çıxarılıb

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib