BERLİNDƏ “YAŞIL HƏFTƏ” DEVİZİ ALTINDA BEYNƏLXALQ SƏRGİ-KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iştirakçı ölkələr sərginin ilk günü pavilyonlara gələn minlərlə qonağı pulsuz olaraq qida məhsullarından hazırlanmış yemək və içki süfrələri arxasına dəvət etmişlər. Sərginin təşkilatçıları və iştirakçı ölkələrin rəhbər xadimləri isə “ümumi ənənəni pozaraq”, sərginin rəmzi kimi bokallarına spirtli içki əvəzinə süd məhsulları süzmüşlər.
Sərgi ilə yanaşı, keçirilən elmi konfransda genetik cəhətdən yararsız kənd təsərrüfatı, o cümlədən vəbalı heyvandarlıq məhsullarının istehlak və mübadilə bazarlarına yol tapmaması, cəmiyyət üçün təhlükə törədən qida məhsullarının tədavülünə qarşı aparılacaq ciddi mübarizənin yolları və perspektivləri diqqət mərkəzində olacaqdır.
Almaniya siyasi dairələrinin yekdil qənaətinə görə, Şərqi Avropa ölkələrinin yeni dəstəsinin Avropa Birliyinə inteqrasiyası və bir neçə aydan sonra Birliyin genişlənməsi ərəfəsində təşkil olunan sərgi-konfrans dünya ölkələrinin kənd təsərrüfatı və iqtisadiyyatının sağlamlaşdırılmasına öz müsbət təsirini göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]