Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Beyləqan, 18 yanvar (AZƏRTAC). Beyləqan rayon mərkəzi kitabxanasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mədəniyyət işçilərinin və ziyalıların iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətdən danışmışlar. Bildirilmişdir ki, 20 Yanvar şəhidləri canlarını Vətən uğrunda qurban verərək Azərbaycanın azadlığına yol açmışlar.
Qeyd olunmuşdur ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxmış, hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmış, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmışdır.
Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, faciəyə həsr olunmuş film göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]