Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Fond D.Əsgərovun və Ş.Quliyevin azad edilməsinə kömək göstərməyə çağırır

Bakı, 5 yanvar, AZƏRTAC 

2015-ci il yanvarın 5-də Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq və Əməkdaşlıq Fondu işğal olunmuş Kəlbəcər rayonunda əzizlərinin məzarlarını ziyarət etməyi qərara almış D.Əsgərovun və Ş.Quliyevin 2014-cü ilin iyulunda saxlanılması və mühakimə edilməsi ilə əlaqədar bəyanat yayıb. Bəyanatın mətni ATƏT-in Minsk qrupunun həmsədrlərinə və beynəlxalq təşkilatlara göndərilib. AZƏRTAC həmin bəyanatı diqqətinizə təqdim edir:

“Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması gedişini diqqətlə izləyən Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq və Əməkdaşlıq Fondu (bundan sonra - Beynəlxalq Fond) təəssüflə qeyd edir ki, ötən 2014-cü il münaqişənin nizama salınması baxımından və deməli, onun məlum, o cümlədən humanitar nəticələrinin aradan qaldırılması baxımından dönüş ili olmayıb.

Beynəlxalq Fond 2014-cü ilin iyulunda baş vermiş və münaqişənin gedişində siyasi-təbliğatı maraqlar məqsədilə insan faciəsindən necə istifadə olunduğunu bir daha təsdiqləyən hadisəyə diqqət yetirilməsini zəruri hesab edir.

Beynəlxalq Fond xatırladır ki, işğal olunmuş Kəlbəcər rayonunda əzizlərinin məzarlarını ziyarət etmək qərarına gəlmiş üç azərbaycanlı vətəndaş 2014-cü ilin iyulunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Müxtəlif işgəncələrə məruz qalmış bu vətəndaşlardan biri - Həsən Həsənov həlak olub, digər iki nəfər - Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz məhkəməyə cəlb ediliblər.

Beynəlxalq Fond həmçinin xatırladır ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822-ci qətnaməsində işğal olunmuş Kəlbəcər rayonunun Azərbaycan ərazisi olduğunu təsdiqləyib və bütün işğalçı qüvvələrin bu və işğal olunmuş digər ərazilərdən çıxarılmasını tələb edib. Bu qətnamədə BMT-nin Təhlükəsizlik Şurası bütün Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti ilə əlaqədar regionda, xüsusən də Kəlbəcərdə yaranmış fövqəladə humanitar vəziyyətdən ciddi narahatlığını ifadə edib.

İşğal günündən 20 ildən artıq keçsə də, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu, habelə üç digər qətnaməsinə məhəl qoymamaqda davam edir və onun silahlı qüvvələri hələ də Azərbaycan, o cümlədən Kəlbəcər ərazisindədir ki, bu da Ermənistanın öz qanunsuz işğalının nəticələrini möhkəmləndirmək siyasəti yeritdiyini təsdiqləyir. 20 ildən artıq müddət ərzində Ermənistan azərbaycanlı köçkünlərdən heç birinin işğal olunmuş bu ərazilərdə öz evlərinə qayıtmasına imkan verməyib.

Azərbaycanın üç vətəndaşı ilə bağlı hadisə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində əsas insan hüquq və azadlıqlarının, beynəlxalq humanitar hüququn müvafiq müddəalarının necə ciddi şəkildə pozulduğunu bir daha təsdiqləyir.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, digər münaqişəli zonalarda, məsələn, Gürcüstan, Moldova və Ukrayna ərazisində fundamental insan azadlığı olan hərəkət azadlığının bu və ya digər dərəcədə təmin olunduğu bir zamanda Ermənistan-Azərbaycan münaqişəsi gedişində öz evlərini tərk etməyə məcbur olmuş azərbaycanlılar hətta işğal olunmuş ərazilərdə ata-babalarının məzarlarını da ziyarət edə bilmirlər.

Azərbaycanın üç vətəndaşı barəsində Ermənistanın hərəkətləri faşist Almaniyasının işğal olunmuş ərazilərdə dinc əhaliyə qarşı yeritdiyi siyasəti xatırladır. İkinci Dünya müharibəsi zamanı faşistlər işğal olunmuş ərazilərdə mülki şəxslərə qarşı hərbi məhkəmələr qururdular. Sırf formal xarakter daşıyan bu məhkəmələr nasist rəhbərlərin qabaqcadan çıxardıqları hökmləri həyata keçirirdi. Lakin İkinci Dünya müharibəsində faşistlər mülki əhalinin işğal olunmuş ərazilərdə yaşamasına imkan verdikləri halda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparıb və vətəndaşların öz evlərinə qayıtmasına yol verməmək üçün qanunsuz məhkəmələr qurur.

Beynəlxalq Fond D.Əsgərov və Ş.Quliyev ilə bağlı hadisələri müşahidə və təhlil edərək belə qənaətə gəlir ki, girov götürülmüş azərbaycanlılarla qeyri-insani və təhqiramiz rəftarın Ermənistan KİV-ləri vasitəsilə açıq nümayiş etdirilməsi, Ermənistanın rəsmi şəxslərinin girov saxlanılanlar adından bəyanatlar yayması və nəhayət, onlara qarşı nümayişkaranə şəkildə təşkil edilmiş “məhkəmə prosesləri” Ermənistanın məqsədyönlü siyasətidir. Bundan başqa, Ermənistan regionda əlavə gərginlik yaranmasına nail olmağa çalışır, Ermənistandakı erməni əhalisi və işğal olunmuş Dağlıq Qarabağda yaşayan erməni icması arasında Azərbaycan xofunu gücləndirir.

Ermənistan xüsusən vəziyyətin nizama salınması üçün faydalı təşəbbüslərin irəli sürüldüyü, məsələn, Fransa prezidenti tərəfindən daha geniş sülh sazişi layihəsinin hazırlanmasına başlamaq təklifinin verildiyi bir zamanda gərginlikdən sülh danışıqlarını çətinləşdirmək məqsədilə istifadə edir.

Ermənistan rəhbərliyi ölkədə sosial-iqtisadi tənəzzülün davam etməsi və bununla əlaqədar Dağlıq Qarabağda öz işğalçı rejiminə maddi-maliyyə və hərbi yardım göstərilməsində yaranmış çətinliklər fonunda həm Ermənistandakı erməni cəmiyyətini, həm də Dağlıq Qarabağda yaşayan erməni icmasını öz ətrafında sıx birləşdirmək məqsədilə Azərbaycanofobiyanı gücləndirir.

Yuxarıda qeyd olunanlardan açıq-aydın görünür ki, münaqişə zonasında gərginliyin artmasına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Beynəlxalq Fond ATƏT-in Minsk qrupu həmsədrlərinin, münaqişənin nizama salınmasına bu və ya digər dərəcədə cəlb edilmiş, yaxud onun humanitar tərəfləri ilə məşğul olan BMT, Aİ və ya Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) kimi nüfuzlu beynəlxalq subyektlərin azərbaycanlı girovların azad edilməsi üçün heç bir təsirli tədbir görmədiyindən ciddi narahat olduğunu bildirir.

Beynəlxalq Fond xatırladır ki, BMT-nin Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qəbul edilmiş 882-ci (1993), 853-cü (1993), 874-cü (1993) və 884-cü (1993) qətnamələrində ərazilərin əldə edilməsi üçün zor işlədilməsinin yolverilməz olduğunu qeyd edib, Baş Assambleya isə A/RES/62/243-cü qətnaməsində (2008) bildirib ki, dövlətlər Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni hesab etməməli, bu vəziyyətin saxlanmasına kömək, yaxud yardım göstərməməlidirlər. Həmçinin nəzərdə tutulur ki, ATƏT-in Minsk qrupunun - BMT-nin verdiyi mandat əsasında bilavasitə münaqişənin aradan qaldırılması ilə məşğul olan qurumun həmsədrləri Ermənistanı qanunsuz hərəkətlərdən, o cümlədən insanları girov götürməkdən çəkindirmək üçün xüsusi məsuliyyət daşıyırlar.

Regionda təhlükəsizliyin və sülhün bərqərar olmasına kömək göstərmək kimi xeyirxah niyyətləri olan Beynəlxalq Fond ATƏT-i, BMT-ni, Aİ-ni, Avropa Şurasını və BQXK-nı səlahiyyətlərinə və mandatına uyğun olaraq qanunsuz saxlanılmış D.Əsgərovun və Ş.Quliyevin Ermənistan tərəfindən azad edilməsi üçün təsirli tədbirlər görməyə çağırır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb