Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Müəllimlər Günü: təhsilin və zəhmətin bayramı

Beynəlxalq Müəllimlər Günü: təhsilin və zəhmətin bayramı

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. UNESCO-nun 1966-cı ildə verdiyi qərarla təsdiqlənən bu əlamətdar gün müəllimlərin zəhmətinə minnətdarlıq rəmzinə çevrilib.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Müəllimlər Günü müəllimliyi əməkdaşlığa əsaslanan bir peşə kimi yenidən dəyərləndirmək mövzusuna həsr olunub.

Müstəqil Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Ölkəmizin hər bir uğurunun arxasında bir müəllimin zəhməti dayanır. Bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.

Bu gün müəllim peşəsinin nüfuzu həm dövlətin qayğısı, həm də cəmiyyətin hörməti ilə daha da möhkəmlənir.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Məktəblərin yeni binalarla təchizi, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil ocaqlarının qurulması isə müəllim əməyinə verilən dəyərin bariz göstəricisidir.

Respublikamızın digər regionlarında da məktəb tikintisi və təmiri həyata keçirilir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.

Beşinci ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Müəllimlərimiz işğaldan azad olunmuş ərazilərdəki ümumtəhsil müəssisələrində tədris aparırlar.

Xüsusi vurğulamaq lazımdır ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıq göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib.

Son illər həyata keçirilən sertifikatlaşdırma prosesi müəllimləri davamlı peşəkar inkişafa təşviq edərək təhsil ictimaiyyətində ömür boyu öyrənmə mədəniyyətinin inkişafına töhfə verir. 2022–2025-ci illər ərzində 84 min müəllim sertifikasiya prosesinə cəlb olunub və 73 min müəllim sertifikasiyadan uğurla keçib. Test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 faiz əlavə edilir. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunur.

Ölkəmizdə müəllimlər XXI əsrin tələblərinə uyğun təhsil modelini həyata keçirərək şagirdləri gələcəyin çağırışlarına hazırlayırlar.

Bu gün Azərbaycanda 300 minə yaxın müəllim fəaliyyət göstərir. Onların hər biri yalnız bilik ötürmür, həm də gələcəyin memarıdır. Məhz müəllim əməyinin nəticəsində savadlı, bilikli insanlar yetişir. Müəllim öyrətdiyi hər şagirdlə bərabər ölkənin gələcəyinə işıq tutur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 107 dollara satılır

BCAW2026: Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar müzakirə olunur

Rusiya ordusu Kiyevi ballistik raketlərlə vurub, ölənlər və xəsarət alanlar var

BCAW 2026-da ikinci gün başlayıb

Malini Mehra: “Bakı İqlim Fəaliyyəti Həftəsi” qlobal iqlim gündəliyinin icrasına töhfə verir

ABŞ İranın BAEA yoxlamalarına mane olması ilə bağlı BMT TŞ-yə qətnamə təqdim edəcək

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib

Pentaqon İran yaxınlığında 230-dan çox döyüş təyyarəsi saxlayır

ABŞ qüvvələri Sakit okeanda narkotik kartelinin istifadə etdiyi gəmini batırıb

Almaniyada 2029-cu ilədək 723 min mütəxəssis çatışmazlığı gözlənilir

ABŞ-nin iqtisadi blokadası Kubaya son bir ildə 8 milyard dollardan çox ziyan vurub

Finlandiya Rusiya ilə sərhədində 200 kilometrlik hasarın tikintisini başa çatdırıb

ÜMT: Meşə yanğınlarının tüstüsü ildə 100 mindən çox insanın ölümünə səbəb olur

Əl-Cəzirə: Yəmən hakimiyyəti Səna üzərində nəzarəti bərpa etmək niyyətindədir

Azərbaycan səfirliyi “The Guardian” qəzetində dərc edilmiş qərəzli məqaləyə cavab verib

Media: Yəməndə husilər qaçqın düşərgəsinə ballistik raket zərbəsi endiriblər

Tovuzda zəncirvari qəza olub, ölən var

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq türk-mədəni irsinə müraciətdir

Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb

YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş olub

Yəməndə toqquşmalarda 300-dən çox insan öldürülüb

Eyfel qülləsi bağlanıb: hindu qrupun ziyarəti qalmaqala səbəb olub

Külək Mingəçevirdə ağacları sındırıb, şəhərin bəzi yerlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb

Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib

Rafael Qrossi: Səudiyyə Ərəbistanının nüvə proqramı ilə bağlı yeni razılaşma hazırlanır

ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edilib

YAP Sədrinin müavininin AK Parti Gənclik Qollarının nümayəndə heyəti ilə görüşü olub

BƏƏ ticarət üçün alternativ marşrutlar yaradır

AfD-nin Saksoniya-Anhalt əyalət seçkisində qələbəsi Avropada narahatlıq yaradıb

Payızda Qəbələ, Quba, Şəki, Qax və Zaqatalaya turların daha çox olacağı gözlənilir

Tbilisidə tramvay xətti bərpa edilir

Yüzlərlə miqrant qayıqlarla Böyük Britaniyaya gəlib

Külli miqdarda narkotik vasitənin Suriyadan İordaniyaya keçirilməsinin qarşısı alınıb

Kral III Çarlz Harrinin və Meqanın kral ailəsindəki statusuna aydınlıq gətirib

Bu saata olan əsas xəbərlər

Binəqədidə tikilməkdə olan binada baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə tikilməkdə olan binada baş verən yanğın söndürülüb VİDEO

Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcəklər

Çində istismar müddəti bitmiş 4 təyyarə satışa çıxarılıb

İsrail Livanda əməliyyatları davam etdirir - 27 ölü, 69 yaralı var

Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri: Diplomatik əlaqələr çoxşaxəli əməkdaşlığa çevrilib

Gürcüstan rəsmisi: Orta Dəhlizin strateji əhəmiyyəti artıb

İraq neft ixracında Hörmüz boğazından asılılığı azaltmağı planlaşdırır

Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib

“Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycanlı hakim UEFA Gənclər Liqasının oyununa təyinat alıb

Azərbaycan Ukraynanın Kiyev bölgəsinə 36 tondan çox enerji avadanlığı verib

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib – YENİLƏNİB

Macarıstan Elmlər Akademiyasının arxivində Azərbaycan klassiklərinə aid nadir əlyazmalar aşkarlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

Cəlilabadda irigövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb VİDEO

Cəlilabadda irigövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb VİDEO

Elbay Qasımzadə: Tarixi abidələrə münasibət cəmiyyətin öz keçmişinə münasibətini göstərir

Azərbaycanın U-17 millisi Moldova yığmasına uduzub

Bakı İqlim Fəaliyyəti Həftəsində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması müzakirə edilib

VIII sinif şagirdi: Gələcəkdə stomatoloji klinika açıb insanlara təmənnasız xidmət göstərmək istəyirəm

BMT rəsmisi: Süni intellekt bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər

Azərbaycanı təmsil edən konkurçu Belçikadakı turnirdə ikinci olub

Menecer: İnkişaf etməkdə olan iqtisadiyyatlarda bərpaolunan enerji layihələrinə qoyulan investisiyalar artmalıdır VİDEO

Menecer: İnkişaf etməkdə olan iqtisadiyyatlarda bərpaolunan enerji layihələrinə qoyulan investisiyalar artmalıdır VİDEO

Fransada əməkhaqqı yığımlarının vergiyə cəlb edilməsi gündəmdədir

Tarixi abidələr milli yaddaşımızın və kimliyimizin göstəricisidir - ŞƏRH

BCAW2026: İqlim maliyyəsinin səfərbər edilməsində karbon bazarlarının rolu artır

On bir layihə Azərbaycanın milli enerji sisteminə inteqrasiya ediləcək

Futbol üzrə Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

İkiqat bürünc medal qazanan məktəbli: Özümə deyirəm ki, sən bunu bacararsan VİDEO

İkiqat bürünc medal qazanan məktəbli: Özümə deyirəm ki, sən bunu bacararsan VİDEO

Nazir müavini: Azərbaycan transsərhəd yaşıl enerji ticarəti üçün regional sertifikatlaşdırma mexanizmi təklif edir VİDEO

Nazir müavini: Azərbaycan transsərhəd yaşıl enerji ticarəti üçün regional sertifikatlaşdırma mexanizmi təklif edir VİDEO

Qobustanda daha bir körpünün inşası başa çatıb VİDEO

Qobustanda daha bir körpünün inşası başa çatıb VİDEO

Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər aparılır VİDEO

Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər aparılır VİDEO

Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib

Qarslı din xadimi: Qarabağda gördüklərimi cəmiyyətimizə çatdıracağam

FHN hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

FHN hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

Gənc riyaziyyatçının hədəfi IMO-da medal qazanmaqdır VİDEO

Gənc riyaziyyatçının hədəfi IMO-da medal qazanmaqdır VİDEO

Azərbaycanın “Qlobal Dəniz Külək Alyansı”na qoşulması təklif olunub

Azərbaycanda noutbuk istehsalı 46 faiz azalıb – QRAFİK

Hörmüz boğazında LNG daşınması 92 faiz azalıb

bp bərpaolunan enerji üzrə yeni proqram elan edəcək

Olimpiadaçı Şəmşəddin Şiriyev beynəlxalq yarışlarda medal qazanmağı hədəfləyir VİDEO

Olimpiadaçı Şəmşəddin Şiriyev beynəlxalq yarışlarda medal qazanmağı hədəfləyir VİDEO

Məktəbdə smartfon istifadəsi məhdudlaşdırılmalıdırmı?

® Bakıda ana və uşaq sağlamlığına dair Beynəlxalq Elmi Konfrans olacaq

Küləkli və yağıntılı hava şəraiti davam edir, bəzi yerlərə dolu düşüb – YENİLƏNİB

Ənənə ilə müasirlik arasında: Azərbaycan incəsənəti hansı istiqamətdə inkişaf edir

Natəvanın poetik dünyasına fərqli baxış: Mir Azər Abdullayevin “Qərənfil” əsəri

İraqlı din xadimi: Azərbaycandakı dəyişiklikləri görmək bizi çox sevindirdi

Hazır cavab insanın düşünmək qabiliyyətini əlindən alır – medalçı şagirddən süni intellektlə bağlı çağırış VİDEO

Hazır cavab insanın düşünmək qabiliyyətini əlindən alır – medalçı şagirddən süni intellektlə bağlı çağırış VİDEO

ABŞ-nin “sülh ekspresi”: Putin və Zelenski ilə görüşlərin əsas məqamları

Abşeron Milli Parkında astro kamp təşkil edilib

Bakı Fond Birjasının nümayəndəsi: Bərpaolunan enerji layihələri böyük perspektivə malikdir

Dilçilik İnstitutunda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında dil məsələlərinə toxunulub

Kamil Mamedov: Azərbaycana səfər bizim üçün həm mənəvi, həm də tarixi baxımdan çox əhəmiyyətli olacaq

Mələk Səmədli: Azərbaycan dilini həyatla əlaqələndirərək tədris etməyə çalışıram VİDEO

Mələk Səmədli: Azərbaycan dilini həyatla əlaqələndirərək tədris etməyə çalışıram VİDEO

Naxçıvanda gənclərin əsgərlərlə görüşü - FOTOLAR

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Bibiheybət məscidini və Zəfər abidəsini ziyarət ediblər

Azərbaycan Velosiped İdmanı Federasiyası məşqçilərin qarşısına yeni vəzifələr qoyub

Memar: Bu cür əməllər gələcək nəsillərə ötürülən tarixi yaddaşa zərər vurur

Professor: Tarixi-mədəni irsimizi qorumalıyıq

® Mərkəzi Gömrük Hospitalından müayinənin nəticələrini onlayn əldə etmək mümkündür

Ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb

Avqustda Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb

VI Dünya Köçəri Oyunlarının qalibi Qazaxıstan olub