Beynəlxalq Olimpiya Komitəsi “Tokio-2020”yə hazırlıq prosesini optimallaşdırmağa çalışır
Bakı, 16 iyun, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) İsveçrə Səhiyyə Nazirliyinin qərarına uyğun olaraq ötən həftədən işçi heyətinin 30 faizi ilə ofisdən fəaliyyət göstərməyə başlayıb. Xatırladaq ki, işçi heyəti COVID-19 pandemiyası səbəbindən martın 16-dan ev şəraitində işləyirdi.
AZƏRTAC BOK-un rəsmi saytına istinadla xəbər verir ki, beynəlxalq qurumun ofisdən təşkil olunan ilk iclasında bir sıra məsələlər müzakirə olunub. BOK İcraiyyə Şurasının videoformat şəklində keçirilən konfransında irqi ayrı-seçkiliklə bağlı qətnamənin mətni oxunub. BOK-un Koordinasiya Komissiyasının, eləcə də “Tokio-2020”, “Pekin-2022”, “Paris-2024” Olimpiya Oyunları Təşkilat komitələrinin hesabatları dinlənilib.
“Tokio-2020” Olimpiadasının hesabatında əsas diqqət 2021-ci ildə keçirilməsi planlaşdırılan yarışların yol xəritəsinə yönəldilib. Məqsəd Olimpiadaya hazırlığı asanlaşdırmaq və optimallaşdırmaqdır.
“Paris-2024” Olimpiya Oyunlarına gəldikdə, BOK-un İcraiyyə Şurası idmançıların sayı, Olimpiya proqramına daxil ediləcək 4 əlavə idman növü ilə (breyk, skeytbord, qayaya dırmanma və sörfinq) ilə bağlı müddətin 2020-ci ilin dekabrına qədər uzadılmasına qərar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]