İDMAN
BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİNDƏ KORRUPSİYA MƏSƏLƏSİ ARAŞDIRILIR
BOK-un prezidenti Jak Roqq bu təşkilatın korrupsiyada şübhəli bilinən vitse-prezidenti 72 yaşlı Cənubi Koreya vətəndaşı Kim Un Yenin məsələsinin araşdırılmasına başlamaq barədə komissiyaya göstəriş vermişdir. Cənubi Koreya KİV-lərinin məlumatına görə, Un Yen 2001-ci ildə BOK prezidentinin seçkilərində öz namizədliyinin dəstəklənməsi üçün, habelə əvvəllər başçılıq etdiyi Dünya Taekvondo Federasiyasının fəaliyyətinin təmin olunması üçün aldığı iri məbləğdə maddi yardımın xeyli hissəsini mənimsəmişdir. O, iş adamı olan həmvətənini Milli Olimpiya Komitəsinin heyətinə daxil etmək üçün ondan rüşvət almaqda da şübhəli bilinir.