BEYNƏLXALQ OZON TƏBƏQƏSİNİN MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Beynəlxalq ozon təbəqəsinin müdafiəsi günü hər il sentyabrın 16-da qeyd olunur. 1987-ci ilin məhz həmin günü Monrealda ozon təbəqəsini dağıdan maddələrin istifadəsinə məhdudiyyət qoyulması, onların istehsalının və istifadəsinin gələcəkdə tamamilə dayandırılması haqqında protokol qəbul edilmişdir. BMT-nin Ətraf Mühit Proqramı ekspertlərinin proqnozlarına görə, Antarktika üzərindəki ozon təbəqəsi 2050-ci ilədək bərpa olunacaqdır.
Azərbaycan Vyana Konvensiyasını, Monreal protokolunu, habelə onlara əlavələri ratifikasiya etmişdir, qəbul olunmuş milli strategiya əsasında bu istiqamətdə təbiəti mühafizə tədbirləri həyata keçirir.
“Dəyirmi masa”da strategiya çərçivəsində gerçəkləşdirilən tədbirlər, ozondağıdan maddələrin istifadəsinin azaldılmasına dair müxtəlif hökumət sənədləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]