Beynəlxalq Türk Akademiyası tərəfindən Gəncədə beynəlxalq konfrans keçiriləcək
Nur-Sultan, 10 mart, AZƏRTAC
COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, yaxın vaxtlarda Nizami Gəncəvinin doğulduğu Gəncə şəhərində Beynəlxalq Türk Akademiyası tərəfindən daha bir beynəlxalq konfransın təşkili istiqamətində hazırlıq gedir.
AZƏRTAC xəbər verir ki, bu bərədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Akademiya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə “Nizami Gəncəvi 880: Dünya irsinə töhfəsi” adlı birgə veb-konfransda açıqlama verib.
O qeyd edib ki, konfransda Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, şair Nizami Gəncəvinin əsərlərini dünya dillərinə çevirən tərcüməçilərin, nizamişünas alimlərin və ədəbiyyatşünasların iştirakı gözlənilir.
Bu tədbir çərçivəsində şairin “Leyli və Məcnun” əsərini Qazaxıstanda səhnələşdirən K.Kuanışbayev adına Qazaxıstan Milli Akademik Teatrının yaradıcı qrupunun Gəncə və Bakı şəhərlərinə səfəri, orada əsərin tamaşaya qoyulması nəzərdə tutulur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]