Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq

Bakı, 27 aprel, AZƏRTAC

“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə mayın 1-dən 3-dək “İçərişəhər” Qoruq ərazisində keçiriləcək Beynəlxalq Xalça Festivalına hazırlıqlar davam edir.

“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, festivalın zəngin və maraqlı proqramına bu il də müxtəlif, həm yerli, həm də xarici müəlliflərin sərgiləri daxildir.

"Elysıum"

Bu sadəcə bir sərgi deyil, həm də sənətin müxtəlif sahələrinin birləşməsidir. Rəssam Aida Mahmudovanın fırçasından çıxan abstrakt rəng qatları "Azərxalça" ASC-nın toxucuları tərəfindən ilmələrə köçürülüb. Bu, rəsm əsərinin "toxunulmaz" kətan halından çıxıb, daha fiziki və strukturlu bir formaya çevrilməsidir. Xalçaların Nardaran, Şəmkir və Qubada toxunması layihənin həm də sosial tərəfini — yerli sənətkarlığın və qadın əməyinin müasir incəsənətlə dəstəklənməsini vurğulayır.

"Azərxalça" ASC-nin tarixi təcrübəsi ilə Aida Mahmudovanın müasir baxışı mayın 1-3-də İçərişəhər kimi tarixi məkanda (Böyük Qala, 15) bir araya gələcək.

“Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları”

Fərid Rəsulov və "Azərxalça" ASC-nin tərəfdaşlığından ortaya çıxan “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” xalça kolleksiyası ənənəvi Qarabağ xalçaçılıq sənətini sadəcə keçmişin qalığı kimi deyil, müasir sənət dilinin canlı bir parçası kimi təqdim edir. Bu layihə, qədim naxışları müasir vizual kontekstdə yenidən "aktivləşdirir". Sərginin əsas qayəsi irs ilə müasirlik arasında ciddi bir dialoq yaratmaq, toxunmuş hər ilmədə nağılları və tariximizi bugünkü bədii təfəkkürlə birləşdirməkdir. Beynəlxalq Xalça Festivalı üçün xüsusi hazırlanan kolleksiyanın ilk təqdimatı da festivalda baş tutacaq. Kolleksiyaya - “Ağ at və quşların nağılı”, “Qarabağ atının əfsanəsi”, “Zəriflik naxışı”, “Qızılı lələklərin əks-sədası”, “İlmələrdəki pələng” və “Gecənin tacı nar” adlı fərqli 6 xalça daxildir. Yun və ipək qarışığından ibarət, 3D texnikası ilə hazırlanan “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” sərgisinin əsas ideyası: təkcə qorumaq kifayət deyil. Mədəni irs aktual qalmaq üçün dinamik olmalıdır.

Sərgi festival günlərində, 3 gün müddətində İçərişəhərdə yerləşən “Qgallery” sərgi salonunda nümayiş olunacaq.

Hərəkətdə olan ruhlar ("SOULS IN MOTION")

Laurin Malanqro (Laurine Malengreau) müasir tekstil sənətində ənənəvi sənətkarlıqla innovativ texnikaları birləşdirən önəmli simalardan biridir. Onun yaradıcılığının mərkəzində dayanan "Nuno Silk" (Nuno ipəyi) texnikası, ipək və yun liflərinin bir-birinə keçərək vahid, axıcı və rəngkar bir tekstur yaratmasına əsaslanır. Rəssam, təbii ipək və yun materiallarını bir-birinə qovuşduraraq, efir variasiyalı və rəngkar kompozisiyalı irimiqyaslı divar asmaları yaradır. Onun əsərləri jestləri, rəngləri və materiallığı araşdıraraq, emosiya və hərəkəti immersiv tekstil formalarına çevirir. Beynəlxalq səviyyədə tanınan Malenqronun əsərləri şəxsi kolleksiyalarda və dizayn layihələrində yer alır; bu işlər həm ənənəvi sənətkarlığa dərin hörməti, həm də davamlılığa (sustainability) olan güclü bağlılığı əks etdirir.

Laurin Malenqro hazırda Fransanın məşhur qobelen mərkəzi olan Obüsson şəhərində yaşayır. O, beynəlxalq səviyyədə tanınmış sənətkar olmaqla yanaşı əsərləri Latviyadakı Rotko Muzeyinin daimi kolleksiyasına qəbul edilən ilk rəssam da hesab olunur.

Sərgi 3 gün müddətində Bakı Fotoqrafiya Evində tamaşaçıların ixtiyarında olacaq.

Hörülmə

Alban-amerikalı rəssam Cəvahir Kolqininin (Xhevahir Kolgjini) yaradıcılığını təqdim edən bu sərgi mənəvi transformasiyanı, psixoloji gərginliyi və dəyişməz qalanla dəyişən arasındakı kövrək tarazlığı araşdırır. Əsərlər əllə toxunma (düyünləmə) texnikası ilə yaradılıb. Yaşanmış təcrübələr xətlərin, düyünlərin, torların və piksellərin dili ilə toxunmuş struktura çevrilir. Bu, rəssamın mədəniyyətlərin kəsişməsi və sivilizasiyaların toqquşması mövzularına uzunmüddətli marağını əks etdirir. Sərgi tekstili həm bir təsvir, həm də bir düşüncə forması kimi təqdim edir. Burada duyğusal, zehni və mədəni anlayışlar bir-birinə keçərək birgəyaşayış və özünüifadə haqqında dərin bir meditasiya məkanı yaradır.

Müəllifin əsərləri London, Nyu-York, Albaniyanın müxtəlif şəhərlərində və digər ölkələrdə nümayiş etdirilib. "Intertwined Polarities" seriyasından olan işləri son illərdə Tirana və Nyu-Yorkda sərgilənmişdir.

Sərgi mayın 1-3-də Zaman Qalereyasında (İçərişəhər) təqdim olunacaq.

Türk çölünün qadınları

Qazaxıstandan Beynəlxalq Xalça Festivalı üçün yola düşən Assol Alimova (Assolya) xalçalar üzərində hiperrealizm üslubunda işləyir. O, ənənəvi xalçaları müasir incəsənət nümunəsinə çevirərək onların üzərində portretlər yaradır. Onun əsərlərinin əsas mövzusu Böyük Çölün qadınları, türk tarixi və milli ornamentlərdir. Şəklin sağ tərəfindəki portretlərdə xalça naxışları ilə insan üzünün necə sintez olunduğunu görmək olar. Assolya həm kurator kimi ənənəvi irsi müasir sənətlə birləşdirir, həm də bir rəssam kimi xalçanı kətan kimi istifadə edərək yeni bir janr yaradır. Onun yaradıcılığı geniş ictimaiyyət tərəfindən qəbul edilib. Xüsusilə TikTok tərəfindən hazırlanan "The Discover List 2026" (2026-cı ilin kəşfləri siyahısı) siyahısına daxil edilməsi onun rəqəmsal dünyada və gənc nəsil arasında nə qədər populyar olduğunu göstərir. Sənət sahəsindəki nailiyyətlərinə görə Qazaxıstan Prezidenti ilə görüşmüşdür ki, bu da onun ölkənin mədəniyyət elçisi kimi statusunu təsdiqləyir.

Sərgi festival günlərində "Azərxalça" ASC-nin yeni sərgi salonu, Bakı Xanlarının Saray Kompleksi (Böyük Qala, 44) ünvanında nümayiş olunacaq

“Nənəmin xalçası”

“DanceAbility Azərbaycan” Beynəlxalq Xalça Festivalı çərçivəsində İnklüziv Multidisiplinar Sərgini təqdim edir. Şəxsi hekayələrdən və “Azərxalça” ASC-nin toxucularının təcrübəsindən ilhamlanan bu tədbir xalçanı yalnız ənənəvi obyekt kimi deyil, canlı və paylaşılmış təcrübə kimi təqdim edir. Müasir üslubda rəqəmsal performans, hekayə təqdimatı, praktiki məşğələ və panel müzakirələrini bir araya gətirən proqram çərçivəsində bütün fəaliyyətlər əlilliyi olan və olmayan şəxslərin birgə iştirakı ilə hazırlanır. Tədbir Azərbaycan və ingilis dillərində keçirilir, insan mərkəzli dizayn prinsipləri əsasında qurulub. Bu yanaşma çərçivəsində əlçatanlıq təmin olunur: işarət dili tərcüməsi, audio təsvir və müxtəlif ehtiyaclara uyğunlaşdırılmış təqdimat formatları mövcuddur.

“DanceAbility Azərbaycan” keçiriləcək tədbiri ziyarət etməyə, xalça mədəniyyətini yaxından tanımağa və xatirələri canlandıraraq yaşatmağa dəvət edir. “Nənəmin Xalçası” tədbirinin əsas tərəfdaşı bp şirkətidir.

Sərgi mayın 2-3-də İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində baş tutacaq.

İçərişəhər Festival Zonaları və Açıq Səma Altında Sərgilər

Festivalın əhatə dairəsi təkcə qalereya və qapalı məkanlarla məhdudlaşmır, həm də İçərişəhərin tarixi küçə və meydanları geniş sənət platformasına çevriləcək. Qoşa Qala meydanı və Bakı Xanları parkı (həm birinci, həm də şüşəli meydanlar) festival boyu mərkəzi sərgi-satış yarmarkalarına ev sahibliyi edəcək. Burada şəhər sakinləri və turistlər unikal sənət nümunələrini yaxından görmək və əldə etmək imkanı qazanacaqlar. Eyni zamanda, Vahid bağı boyunca uzanan yarmarka zonası qonaqlara müxtəlif sənətkarlıq məhsullarının nümayişini təqdim edəcək. Əsrlərin yaddaşını yaşadan Multani və Buxara karvansaraları isə öz qapılarını eksklüziv sərgilər və yeni sənət məhsullarının təqdimatları üçün açaraq tarixlə müasirliyin kəsişməsini vizual bir bayrama çevirəcək.

AtəşHub: Bədii-maarifləndirici proqram

Şirvanşahlar sarayı kompleksinin muzey məkanında təqdim olunacaq proqram xalçanın mənəvi irs və sakral funksiyalarına həsr olunub. Proqram çərçivəsində kurator və sənətşünas M. Məmmədəliyevanın “Naxışdan alqoritmə: Azərbaycan xalçasının ənənədən müasirliyə təkamülü” mövzusunda mühazirə-prezentasiyası dinləniləcək. Təqdimatda Azərbaycan xalçasının mədəni şüurdan rəqəmsal incəsənətə keçid aspektləri və video-instalyasiyalar nümayiş olunacaqdır. Azərbaycan dilində keçiriləcək 4 saatlıq (ikihissəli) proqramda iştirak etmək istəyənlər festival ərəfəsində öncədən qeydiyyatdan keçməlidirlər. Proqramın mentoru Əməkdar rəssam Səbinə Şıxlinskaya, koordinatoru isə Aqnessa Tariverdiyevadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur