Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA
Bakı, 23 iyun, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti davam edir.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 30, Zaqatalada 9, Kişçayda (Şəki) 8, Balakəndə 5, Astara, Tovuz və Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Oğuz, Qəbələ, Quba, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Şahbuz, Daşkəsən, Gədəbəy, Lənkəran, Göygöl, Şəmkir, Gəncə, Tərtər, Naftalan, Xaltan və Xınalıqda 1 millimetrdir.
Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Culfada 23, Naftalanda 18 metrədək güclənir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 24-ü axşamadək davam edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
- 05.08.2026 [17:01]