Biləsuvar peşə liseyinin direktoru barəsində başlanılmış cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). Biləsuvar peşə liseyində təhsil alan şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdün bu təhsil ocağının direktoru Teymur Poladov tərəfindən mənimsənilməsi barədə Biləsuvar rayon sakininin müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, istintaqla müəyyən edilmişdir ki T.Poladov 2010-cu ilin aprel-sentyabr aylarında liseydə təhsil alan 333 şagirdə dövlət tərəfindən müəyyən olunmuş ümumilikdə 90 min 637 manat məbləğində təqaüdü özündə saxladığı bank kartları vasitəsi ilə çıxararaq talamışdır. Liseyin baş mühasibi Almaz Həşimov T.Poladovun qanunsuz göstərişi əsasında plastik bank kartlarının paylanmasını rəsmiləşdirmək üçün şagirdlərə kartlarını guya almalarına dair sənədlərə imza etdirməklə sonuncunun külli miqdarda pul vəsaitini mənimsəməsinə şərait yaratmışdır.
T.Poladov və A.Həşimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci maddələri ilə ittiham elan edilmişdir.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]