Biləsuvarda karantin rejimini pozan kafedə 20 nəfər cərimələnib
Biləsuvar, 11 yanvar, Mahir Babayev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, kafeyə baxış zamanı həmin obyekti icarə əsasında işlədən Y.Kazımovla yanaşı, orada 19 nəfər müştərinin də olduğu müəyyən edilib.
Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Sərtləşdirilmiş karantin rejimi qaydalarını pozanların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]