BİLƏSUVARDA ZƏMİLƏRƏ 73 KOMBAYN ÇIXARILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Biləsuvar rayonunda 23 min hektar taxıl zəmisinin məhsulunun biçilib döyülməsinə 73 kombayn, 110 qoşqulu və yükünü özüboşaldan nəqliyyat vasitəsi cəlb olunmuşdur.
Bir neçə gündür ki, arpa biçininə başlanmışdır. Az müddətdə 1000 hektar sahənin məhsulu yığılmışdır. Hələlik hektarın orta məhsuldarlığı ötənilki səviyyədən 4 sentner çoxdur. Zəmi-xırman konveyerinin ahəngdar işi üçün operativ qərargah və iki mexanikləşdirilmiş səyyar xidmət briqadası yaradılmışdır.
Bu mövsümdə zəmilərdən azı 80 min ton taxıl götürüləcəyi proqnozlaşdırılır. Ümumi məhsulun təqribən 10 min tonu toxum fondu üçün ayrılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]