Binəqədi rayon kitabxanalarında 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, MKS-in 1 və 5 nömrəli filiallarında müvafiq olaraq “20 Yanvar şəhidlərini yad edək”, “20 Yanvar Ümumxalq Hüzn Günüdür” mövzularında tədbirlər, 4 nömrəli filialında isə mövzu çərçivəsində sərgi açılmışdır.
Tədbir iştirakçıları tərəfindən 20 Yanvar qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra hadisə haqqında geniş məlumat verilmiş, məktəblilərin ifasında ədəbi kompozisiya təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]