Bioiqtisadiyyatın və yaşıl texnologiyaların inkişafı bu gün mühüm elmi prioritetlərdən biridir
Bakı, 15 oktyabr, AZƏRTAC
Bioiqtisadiyyatın və yaşıl texnologiyaların inkişafı bu gün mühüm elmi prioritetlərdən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” (“Toward the Challenges in Energy, Food, Environment, and Climate Security” - EFEC 2025) mövzusunda beynəlxalq konfransın açılış mərasimində söyləyib.
Akademik qeyd edib ki, iqlim dəyişmələri nəticəsində torpaqların deqradasiyası, su resurslarının azalması, ərzaq istehsalında qeyri-sabitlik və bioloji təhlükəsizliklə bağlı risklər dünya alimlərini bir məqsəd ətrafında birləşdirir.
“Bizim vəzifəmiz bu məqsədi elmi strategiyaya çevirmək, əldə edilən bilikləri praktik tətbiqə, innovasiyalara istiqamətləndirməkdir”, - deyə alim bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]