Bioloqlar siçanın qaraciyər hüceyrəsini onun gözünə köçürüblər
Bakı, 4 fevral, AZƏRTAC
Karolina İnstitutundan olan bioloqlar siçanların qaraciyər hüceyrəsini onların gözlərinin buynuz təbəqəsinə köçürüblər. Bu, qaraciyərin vəziyyətini real zamanda müşahidə etmək imkanı verəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tədqiqat “Nature Communications” jurnalında dərc olunub.
Qaraciyər xəstəliklərinin, məsələn, qaraciyər piylənməsinin irəliləməsini dayandırmaq və ya ləngitmək üçün inkişaf mexanizmləri ilkin mərhələdə aşkarlanmalıdır. Lakin bu, invaziv metodlardan istifadənin zəruriliyi səbəbindən çətindir. Alimlər yeni işlərində qaraciyər hüceyrələrini siçanların gözlərinin ön kamerasına köçürüblər. Hüceyrələr gözə bərkidilib, onların fəaliyyəti və mövcudluğu üçün zəruri olan qan damarları və sinirlərlə təchiz olunmağa başlayıb. Bununla yanaşı, onlar heyvanın qaraciyərindəki piy toplayıblar. Bu isə onu ehtimal etməyə əsas verir ki, köçürülmüş hüceyrələrin fəaliyyəti orijinal orqanın sağlamlığını əks etdirir.
Alimlər siçanların gözlərinin ön kamerasına hüceyrələrin və miniorqanların köçürülməsi ilə 2008-ci ildən bəri məşğul olurlar. Yeni tədqiqat xəstəliklərin inkişafı və ya dərmanlara cavabında qaraciyərdə dəyişikliklərin hüceyrə səviyyəsində fasiləsiz və ətraflı izlənməsini təmin etməyə imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]