Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir il əvvəl qonaq kimi getdi, indi tələbə kimi qayıdır - Amal Mirzəyevin hekayəsi

Bir il əvvəl qonaq kimi getdi, indi tələbə kimi qayıdır - Amal Mirzəyevin hekayəsi

Bakı, 25 avqust, AZƏRTAC

Bəzən bir səfər insanın qarşısına yeni bir yol aça bilər. Amal Mirzəyev üçün 2025-ci ildə Sidneyə etdiyi səfər də məhz belə olub. Elmi konfransda iştirak etmək üçün getdiyi şəhərdə Sidney Universitetini ziyarət edən Amal kampus, akademik mühit və tələbələr üçün yaradılan imkanlarla yaxından tanış olub. Həmin gün universitet haqqında formalaşan təəssürat bir il sonra onun qarşısında seçim etdikdə xüsusi əhəmiyyət daşıyıb.

2026-2027-ci tədris ili üzrə Dövlət Proqramının qaliblərindən biri olan Amal Mirzəyev indi təhsil yolunu məhz həmin universitetdə davam etdirəcək. Milli Aviasiya Akademiyasının kompüter mühəndisliyi ixtisası üzrə bakalavriat təhsilini bu il başa vuran Amal Avstraliyanın Sidney Universitetində kibertəhlükəsizlik ixtisası üzrə magistratura təhsili alacaq.

Onun bu mərhələyə qədər keçdiyi yol isə yalnız auditoriya və imtahanlardan ibarət olmayıb. Universitet illərində kibertəhlükəsizlik, informasiya texnologiyaları, süni intellekt və innovasiya sahələrində özünü inkişaf etdirən Amal müxtəlif yerli və beynəlxalq müsabiqələrdə, elmi konfranslarda və innovasiya proqramlarında iştirak edib, bir sıra platformalarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Dövlət Proqramının qalibi Amal Mirzəyev AZƏRTAC-a müsahibəsində qeyd edib ki, bakalavriat təhsilinin sonlarına doğru qarşısına yeni məqsəd qoyub - əldə etdiyi bilikləri daha da dərinləşdirmək və təhsilini dünyanın nüfuzlu universitetlərindən birində davam etdirmək.

“Əsas məqsədim dünyanın qabaqcıl universitetlərindən birində təhsil alaraq öz sahəmdə daha dərin bilik və beynəlxalq təcrübə qazanmaq idi. Dövlət Proqramının Azərbaycan gənclərinə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün yaratdığı geniş imkanları nəzərə alaraq magistratura planımı məhz bu proqram çərçivəsində həyata keçirmək əsas hədəflərimdən birinə çevrildi. Bu məqsədlə müxtəlif universitetləri və təhsil imkanlarını araşdırdım. Təhsil almaq istədiyim sahəni və universitetləri müəyyənləşdirib, qəbul tələblərini araşdırıb ingilis dili üzrə hazırlaşdım və tələb olunan sənədləri mərhələli şəkildə hazırladım. Nəticədə ABŞ-nin Karnegi Mellon Universiteti, Avstraliyanın Sidney Universiteti və Böyük Britaniyanın Mançester Universiteti də daxil olmaqla bir sıra nüfuzlu ali təhsil müəssisələrindən qəbul təklifləri əldə etdim. 2025-ci ildə elmi konfransda iştirak etmək üçün Sidney şəhərində olmuşdum. Həmin səfər zamanı Sidney Universitetini şəxsən ziyarət etmək imkanım oldu. Kampusu, akademik mühiti və tələbələr üçün yaradılan imkanlarla yaxından tanış oldum. Universitet məndə çox müsbət təəssürat yaratdı. Buna görə də son seçim qarşısında qalanda Sidney Universiteti mənim üçün artıq sadəcə internetdə araşdırdığım bir universitet deyildi. Orada olmuş, mühiti görmüş və özümü həmin akademik mühitdə təsəvvür edə bilmişdim”, - deyə Amal Mirzəyev qeyd edib.

Beləliklə, bir vaxtlar qısa səfər çərçivəsində ziyarət etdiyi universitet bu dəfə onun yeni təhsil ünvanına çevrilib. Sidney Universitetində kibertəhlükəsizlik ixtisası üzrə təhsil alacaq Amal üçün bu seçim həm də universitet illərində formalaşan maraqlarının davamıdır.

Amal Mirzəyev bu ixtisasa olan marağından danışır: “Kibertəhlükəsizliyi seçməyimin əsas səbəbi bu sahənin müasir dünyada sürətlə inkişaf etməsi və strateji əhəmiyyətinin artmasıdır. Rəqəmsallaşma həyatımızın bütün sahələrinə təsir etdikcə məlumatların, informasiya sistemlərinin və kritik infrastrukturların qorunmasına ehtiyac da artır.

Məni bu sahədə ən çox cəlb edən məqamlardan biri onun daim yenilənməsidir. Burada bir problemin həlli ilə hər şey bitmir. Yeni texnologiyalar, yeni təhdidlər və yeni yanaşmalar meydana çıxır. Bu da insanı daim öyrənməyə, araşdırmağa və özünü inkişaf etdirməyə vadar edir”.

İndi isə qarşıda yeni mərhələ dayanır. Magistratura təhsilindən sonra əldə etdiyi bilik və beynəlxalq təcrübəni Azərbaycanda tətbiq etmək istəyən Amal üçün rəqəmsal sistemlərin və kritik infrastrukturların təhlükəsizliyinin gücləndirilməsi əsas maraq istiqamətlərindən biridir. Bununla yanaşı, innovasiya və startap ekosisteminə də maraq göstərir. Gələcəkdə texnologiyayönümlü layihələr və startaplar üzərində çalışaraq ölkənin innovasiya ekosisteminin inkişafına töhfə vermək istəyir.

Xaricdə təhsil almaq istəyən gənclərə tövsiyəsi isə öz yolunda formalaşdırdığı prinsiplərlə səsləşir: “Ən əsası isə ilk uğursuzluqdan sonra dayanmaq olmaz. Mənim özüm üçün də əsas prinsiplərdən biri budur: alınmadısa, yenidən sına, yenə alınmadısa, başqa yol tap və bir daha sına”.

Müxbir - Nərmin Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib