“Bir peşənin sirri” festivalı təşkil olunacaq
Bakı, 31 may, AZƏRTAC
İyunun 10-da Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Dənizkənarı Bulvar ərazisindəki Saat meydanında “Bir peşənin sirri” festivalı təşkil olunacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.
Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsili müəssisələrinin turizm, sənaye, sənətkarlıq, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyunlar, viktorinaların keçirilməsi də nəzərdə tutulub.
“Bir peşənin sirri” festivalına Aİ tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:57]
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
- 02.10.2026 [15:49]
ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]