BİRGƏ SEMİNAR KEÇİRİLƏCƏKDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin fevral-mart aylarında Bakıda Azərbaycan-İtaliya informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə seminar keçiriləcəkdir.
Seminarda hər iki ölkə arasında rabitə və İKT sahəsində əlaqələri inkişaf etdirmək məqsədi ilə danışıqlar aparılacaqdır.