Birinci “Yüksəliş” müsabiqəsinin qalibləri məktəblilərlə görüşüblər
Bakı, 15 may, AZƏRTAC
Birinci “Yüksəliş” müsabiqəsinin qalibləri Elçin Mirzəzadə, Vüqar Mirzəzadə və Orxan Zakirov məzunu olduqları 82 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, onlar təhsil illərində və peşəkar fəaliyyətlərində qazandıqları bilik və bacarıqlardan danışıb, şagirdlərə gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini verib, onların suallarını cavablandırıblar.
Görüş Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.