Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birliyimizin, həmrəyliyimizin rəmzi olan Qarabağı birlikdə dirçəldək!

Birliyimizin, həmrəyliyimizin rəmzi olan Qarabağı birlikdə dirçəldək!

Bakı, 30 sentyabr, AZƏRTAC

Qarabağın dirçəlişi birliyimizdən və həmrəyliyimizdən keçir. Torpaqlarımız işğaldan azad ediləndən sonra, mənim də ən böyük arzularımdan biri gerçək oldu, doğma Zəngilanıma səfər edə bildim, ata-baba ocağımı ziyarət elədim, uşaqlığımın keçdiyi evi, həyəti, bağçanı gördüm. Daha doğrusu, bütün bunlardan qalanları. Dədə-baba yurdumun həsrəti ilə keçən bütün bu illər boyunca mən bu səhnəni təsəvvür etmişdim. Hər dəfə də təsəvvürümdə, o yerləri görəndə hönkür-hönkür ağlayacağımı görürdüm. Amma viran qoyulmuş, dağıdılmış, kol-kos basmış ata yurdumda mən ağlamadım. Əksinə, içimdə böyük bir sevinc, fərəh hissi vardı. Qələbə sevinci, o yerləri azad edə bilməyin sevinci, otuz ilə yaxın çəkən həsrətin bitməyinin sevinci... Amma məsələ təkcə bu da deyildi. Mənim sevincimin əsas səbəbi içimdəki inam idi. Bu torpaqların əvvəlkindən daha abad olacağına, viran qoyulmuş bütün el-obamızı yenidən və daha yaxşı qurub-yaradacağımıza olan sonsuz və sarsılmaz inam. Bu inam məni ağlamağa qoymurdu. Bu inam məni ucadan, fəxrlə, qürurla sevinməyə səsləyirdi.

Bu otuz ildə ermənilər yalnız bizim evə deyil, Qarabağ bölgəsinə külli miqdarda maddi ziyan vurublar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qarabağ Dirçəliş Fonundun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova ifadə edib. O qeyd edib ki, uzun müddət ərzində həmin zərərin miqyası erməni işğalçı qüvvələri tərəfindən gizlədilsə də, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərdən sonra bu dəhşətli faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılıb: “Foto və videolarda əks olunan görüntülər işğal edilmiş ərazilərə dəymiş zərərin miqyasının yalnız Birinci və İkinci Dünya müharibələrinin nəticələri ilə müqayisə edilə biləcəyini göstərir. Hazırda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Qarabağda şəhərlərin və digər yaşayış məntəqələrinin dağıdılması, onun zəngin təbii sərvətlərinin talanması və biomüxtəlifliyinin məhv edilməsi nəticəsində dəymiş maddi ziyanın ətraflı hesablanması həyata keçirilir. Bu işlər başa çatdıqdan və müstəqil ekspertlər tərəfindən təsdiqlənəndən sonra müvafiq materiallar Ermənistan tərəfi və onun ortaqlarına qarşı məhkəmə iddialarının əsasını təşkil edəcək. Düşmənin ölkəmizə, xalqımıza vurduğu zərərin miqyası böyük olsa da yaralarımızı sağaltmalı, gələcəyə baxmalıyıq. Bu gün dövlət olaraq, xalq olaraq qarşımızda yeni bir missiya dayanır - Vətənimizin ayrılmaz hissəsi olan Qarabağımızı bərpa etmək, dirçəltmək”.

Şöbə müdiri həmçinin qeyd edib ki, cəmiyyətin işğaldan azad edilmiş torpaqların bərpasına dəstək verməsi, bütün təbəqələrinin Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır: “Bu səbəbdən də Qarabağ Dirçəliş Fondunun fəaliyyətində xüsusi diqqət ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyətə və işğal nəticəsində Qarabağa dəyən zərərin geniş ictimaiyyətə çatdırılmasına verilir. Beləliklə bu məlumatların geniş ictimaiyyətə çatdırılması fondun işinin əsas qayələrindən birini təşkil edir.

Ermənilərin ölkəmizə vurduğu ziyan aşağıdakı qaydada qruplaşdırılır:

• Memarlıq abidələri və müqəddəs yerlərə dəyən maddi ziyan

• İnfrastruktur və binalara (yaşayış binaları, sosial və ticarət obyektləri, inzibati binalar və sair) dəyən ziyan

• Ekologiyaya dəyən zərər

• Qeyri-qanuni iqtisadi fəaliyyət və məskunlaşma siyasəti.

Eyni zamanda, ictimaiyyət münaqişənin səbəbləri, erməni işğalçı qüvvələrinin dinc Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər barədə də məlumatlandırılır.

Qeyd etmək lazımdır ki, bu məlumatların yayılmasında “Karabakh.Center” platformasından fəal istifadə olunur.

Bəli, vətənpərvər oğullarımızın, qızlarımızın qanı, canı, fədakarlığı nəticəsində biz torpaqlarımızı azad etdik. Bizim vəzifəmiz, borcumuz isə bu azad olunan torpaqlarımızı dirçəltmək, yenidən çiçəklənən abad bir diyara çevirməkdir. Bu abadlıq işlərində də minlər, on minlərlə fədakar oğul-qızlarımız bizə qoşulacaq, əl-ələ verib Qarabağımızı birlikdə dirçəldəcəyik. Kimi biliyini, kimi fiziki gücünü, kimi də maddi resurslarını ortaya qoyacaq”, - deyə A.İsmayılova bildirib.

“Ötən tədbirlərdən birində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov gözəl bir fikir irəli sürdü. O dedi ki, Qarabağ məsələsi həmrəylik məsələsi olmalıdır. Qarabağ, onun azadlığı və abadlığı kimi işlər hər bir azərbaycanlının ortaq, birləşdirici ideyasına, dəyərinə, qırmızı xəttinə çevrilməlidir. Hətta vətənpərvərlik anlayışından da ayrılmalıdır.

Çünki Qarabağı sevmək, qorumaq, onun azadlığı üçün çalışmaq, abadlaşmasına yardım etmək məsələsinin vətənpərvər olub-olmamağa aidiyyəti yoxdur. Bir insan kifayət qədər vətənpərvər olmaya bilər. Ümumiyyətlə, vətənpərvər olmaya bilər. Hansısa bir azərbaycanlı xarici ölkədə rahat yaşaya bilər, övladlarını o ölkənin qayda və dəyərlərinə uyğun böyüdə bilər, hətta vətəni üçün darıxmaya da bilər. Amma bütün bunlar onu azərbaycanlı olmaqdan çıxarmamalıdır. Azərbaycanlı olmaq isə, Qarabağı dəyər hesab etməkdir, Qarabağ üçün köməyini əsirgəməmək, onun abadlığı, firavanlığı üçün əlindən gələni etməkdir.

Biz millət olaraq yeni bir dövrün astanasında dayanmışıq: bu dövrün adı dirçəliş, Qarabağla bağlı arzularımızı, xəyallarımızı gerçəkləşdirəcəyimiz dövrdür.

Qarşımızda dayanan məsələlərdən biri də azərbaycanlılar olaraq Qarabağımızı həmrəylik ideyamıza, dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımızı birləşdirən ortaq dəyərə, məfkurəyə çevirməkdir. Qarabağ təkcə torpaq deyil, coğrafi bölgü deyil, Qarabağ bizim tariximiz, mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, ədəbiyyatımız, maarifçiliyimiz, mədəni irsimizdir. Qarabağ bizim az qala bütün milli DNK-mızın, genetik kodlarımızın toplandığı, metafizik qavramdır.

Bəs sizin üçün Qarabağ nədir?

Qarabağ - Üzeyir musiqisi, Xurşidbanu Natəvan və Vaqif poeziyası, Haqverdiyevin, Nəcəf Bəy Vəzirovun irsi, Mir Mövsum Nəvvab, Həsən bəy Ağaoğlu maarifçiliyi, Qarabağ atçılığı, Qarabağ xalçaları, Qarabağ mətbəxi, Qarabağ təbiətidir. Bir anlığa təsəvvür edək ki, biz bütün bunları özümüzdən çıxarsaq, özümüzdən, bizi bir azərbaycanlı kimi formalaşdıran dəyərlərdən geriyə nə qalar?

Mən deyim. Biz azalarıq, mənən kasıblayarıq, çox rəngsiz, boz qalarıq. Qarabağ bizim mənəvi zənginliyimiz, rənglərimiz, mənəvi gücümüzdür. Qarabağ - bizim keçmişimizdən gələn qürurumuz, gələcəyimizin verdiyi böyük ümidlərdir.

Bu qürursuz, bu ümidlərsiz özümüzü təsəvvür etmək belə, necə də acı olardı. Buna görə də, dünyanın hansı ölkəsində, hansı şəhərində, kəndində yaşamağımızdan asılı olmayaraq ortaq dəyərimiz, ortaq arzularımız, ümidlərimiz Qarabağla bağlı olmalı, Qarabağa xidmət etməlidir.

Bir məkanı dəyərli edən, ona şərəf və ilahi ruh verən orada yaşayıb yaradan insanlardır. Nə qədər möhtəşəm binalar, saraylar inşa edərsəniz edin, əgər içində insan yoxdursa o sadəcə beton və dəmir yığınından başqa bir şey deyil. Millətimizin son fərdi, son nümayəndəsi son nəfəsini verməyənə qədər bu dəyərlər yaşayacaq, biz yaşadacağıq o dəyərləri.

Qarabağı dəyərli edən yalnız onun təbiəti, tikililəri, binaları və əşyaları deyil, həm də ona dəyər verən insanlarıdır. O insanlar ki, “Qarabağ mənim evimdir” deyərək yenidən ona sahib çıxacaq, ona yeni həyat verəcək, dirçəldəcək. Həmin insanlar bizik. Ən kiçiyimizdən ən yaşlımıza qədər. Çünki Qarabağ sevgisi yalnız bizim qəlbimizdə deyil, həm də damarlarımızdan axan qanımızda, ruhumuzdadır. Bu sevgidir bizi bir edən, həmrəy edən, güclü edən. Biz bu müqəddəs sevgi, amal ətrafında birləşib əl-ələ verərək doğma Qarabağımızı bərpa etməli, ona yeni həyat verməli, dirçəltməliyik. Çünki biz yalnız Qarabağın adi sakinləri deyil, həm də ona şərəf və ilahi ruh verənik.

Ürəkdən inanıram ki, biz bu müqəddəs missiyanın öhdəsindən ləyaqətlə, uğurla gələcəyik. Qarabağ bizim ümumi evimiz, məbədgahımız olmaqla yanaşı, həm də birliyimizin, həmrəyliyimizin, mübarizliyimizin, dirçəlişimizin rəmzi olacaq!”, - deyə şöbə müdiri fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Usman Dembele PSJ klubu ilə müqaviləsini 2030-cu ilədək uzadacaq

Bakı və Bişkek arasında intellektual körpü: Elm və təhsil sahəsində inteqrasiya strateji tərəfdaşlığın bünövrəsidir

Keçən il qlobal LNG ticarəti tarixi maksimuma yüksəlib

Roza Bayramlı: Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib VİDEO

Roza Bayramlı: Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib VİDEO

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanır

Qlobal təbii qaz tələbatı rekord göstəriciyə çatıb

“Çelsi” “Roma”nın yarımmüdafiəçisi ilə maraqlanır

Keniya nümayəndələri Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində əldə etdiyi təcrübəni öyrənirlər

Natəvanın sənət xəzinəsindən: “Gül dəftəri”

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasında həmrəyliyin mühüm dayağıdır – ŞƏRH

Azərbaycan–Qırğızıstan əməkdaşlığı: ortaq mənəvi dəyərlərdən akademik tərəfdaşlığa

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı Avrasiya siyasətində strateji mərhələ və Türk dünyasının inteqrasiyasında yeni körpüdür - ŞƏRH

Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib

Politoloq: Azərbaycan-Qırğızıstan əlaqələri yüksək səviyyədə inkişaf edir VİDEO

Politoloq: Azərbaycan-Qırğızıstan əlaqələri yüksək səviyyədə inkişaf edir VİDEO

TANAP rəqəmsal əkiz texnologiyasının mövcud tətbiqlərindən biridir - HESABAT

ŞKTC Prezidenti ilə yunan icmasının liderinin görüşü bərə qəzasına görə təxirə salınıb

Azərbaycanın Mərkəzi Asiya siyasəti ölkənin regional bağlantı mərkəzi kimi rolunu gücləndirir - RƏY

Paytaxt təhsil işçilərinin sentyabr konfransı başlayıb

® Yeni tədris ili ərəfəsində təhsil haqqı ödənişlərinə “Rabitəbank”dan sərfəli təklif

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub YENİLƏNƏCƏK

ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub VİDEO

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub VİDEO

Avropada qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib YENİLƏNİB VİDEO

Çinin Baş prokuroru Milli Məclisdə olub

“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub

Bu ay 146 milyon manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycan-ŞƏT əlaqələri geniş müstəvidə əməkdaşlığa təkan verir

“Real Madrid” 19 yaşlı futbolçu transfer edib

Sənaye zonalarında istehsalın həcmi açıqlanıb

Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər sentyabrın 6-da imtahan verəcəklər

Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib

Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Türkiyədə son 8 ildə tullantılar üzrə təkrar emal göstəricisi 37 faizi ötüb

Azərbaycanlı alim bioloji risklərin idarə olunması üzrə qlobal tədqiqat layihəsində yer alıb

Hesablama Palatası Özbəkistan Hesablama Palatasının məsafədən audit və süni intellektin tətbiqi təcrübəsini öyrənir

Hulusi Kılıç: Azərbaycan Avrasiyada dialoqun əvəzolunmaz iştirakçısına çevrilib

BMU Çinlə elmi-tədqiqat əməkdaşlığını yeni layihə ilə genişləndirir

Arabir güclənən şimal-qərb küləyi sabah gündüzdən mülayimləşəcək - PROQNOZ

Əli Əsədov Oljas Bektenovu Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib

“Qəbələ” Kaxaber Sxadadze ilə yollarını ayırıb

Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 4 dəfə artıb – QRAFİK

Çinin Baş prokuroru: Prokurorluq orqanları arasında əməkdaşlıq ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm hissəsidir VİDEO

Çinin Baş prokuroru: Prokurorluq orqanları arasında əməkdaşlıq ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm hissəsidir VİDEO

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri gücləndirilir

Baş prokuror: Azərbaycan ilə Çinin prokurorluq orqanları arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirik VİDEO

Baş prokuror: Azərbaycan ilə Çinin prokurorluq orqanları arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirik VİDEO

Fərrux dağında itkin düşən 62 hərbçidən biri - 34 ildir ailəsi onun taleyindən xəbər gözləyir

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrılıb - EKSKLÜZİV

“Yuventus” seneqallı futbolçu ilə razılığa gəlib

Türkiyə iqtisadiyyatı ikinci rübdə 2,3 faiz böyüyüb

Azərbaycan və Çin prokurorluqları arasında Memorandum imzalanıb VİDEO

Azərbaycan və Çin prokurorluqları arasında Memorandum imzalanıb VİDEO

Azərbaycanın milli-mədəni irsi Norveç festivallarına xüsusi rəng qatıb

Rusiyada rəqəmsal rublun istifadəsinə başlanılır

Ötən həftə zərərsizləşdirilən minaların və hərbi sursatların sayı açıqlanıb

Bakı-Quba yolunda qəza: ölən və yaralananlar var - YENİLƏNİB FOTO VİDEO

Bakı-Quba yolunda qəza: ölən və yaralananlar var - YENİLƏNİB FOTO VİDEO

Sabahdan 199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir

İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi məsələdən daha çox humanitar məsələdir - ŞƏRH

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir VİDEO

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir VİDEO

Ezamiyyətə göndərilən işçinin hansı hüquqları var?

“Zirə” Premyer Liqada mövsümə üçüncü dəfə ardıcıl 3 qələbə ilə başlayıb

Almaniyaya qoyulan xarici investisiyaların həcmi 50 faiz artıb

Oljas Bektenov Qazaxıstanın Baş naziri vəzifəsində qalıb

Qlobal miqyasda kritik minerallara investisiyalar 9 faiz azalıb

Şanxay Əməkdaşlıq Təşkilatı - Avrasiyanın dəyişən geosiyasi mənzərəsində yeni imkanlar - Təhlil

“Qarabağ” Dani Bolt ilə vidalaşıb

Siyasi şərhçi: Azərbaycan–ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır

Bu saata olan əsas xəbərlər

“Kəpəz”–“Turan Tovuz” matçında tamaşaçı rekordu: İzləyici sayı bu mövsümdə ilk, son 10 ildə 2-ci göstərici olub

Azərbaycanın ŞƏT-də iştirakı ölkəmizin siyasi və iqtisadi imkanlarını daha da genişləndirir - ŞƏRH

“GeoCamp” tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi ilə görüş

Sentyabrın hava proqnozu açıqlanıb: Bəzi yerlərdə temperatur yüksək olacaq

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri açıqlanıb

Aygün Attar: Azərbaycan ilə əməkdaşlıq ŞƏT üçün ciddi üstünlük yaradır

Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi kimi çempionatda 200-cü oyununa çıxıb

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib VİDEO

Vidadi Rzayev: “Kəpəz” bu heyətlə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq

DİN: 24 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır

Şimali Kiprdə bərə faciəsi: 23 nəfər hələ də itkin düşmüş hesab olunur

Naxçıvanda qəbul imtahanlarında birinci olan məzun: “Uğur təsadüf deyil” VİDEO

Naxçıvanda qəbul imtahanlarında birinci olan məzun: “Uğur təsadüf deyil” VİDEO

Fizioterapevt: Bəzi onkoloji pasiyentlərə seçici yanaşma əsasında fizioterapiyanın bərpa proqramları tətbiq edilə bilər

Qırğızıstan və Çin əbədi mehriban qonşuluq, dostluq haqqında müqavilə imzalayıb

“Atletiko” “Yuventus”un futbolçusunu icarəyə götürmək istəyir

® Azyaşlıya pasport verilməsi üçün razılıq ərizəsini artıq “mygov”dan əldə etmək mümkündür

Yağışlı havada sürəti azaltmaq təhlükəsizliyin əsas şərtlərindən biridir – BDYPİ-dən çağırış

Faktiki hava: Bəzi yerlərdə leysan yağır

Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Trinidad və Tobaqo Respublikasının Prezidenti Zati-aliləri xanım Kristin Karla Kanqaluya

Qazax politoloqlar: Azərbaycanın ŞƏT ilə əməkdaşlığı və Orta Dəhlizdəki rolu mühüm əhəmiyyət daşıyır VİDEO

Qazax politoloqlar: Azərbaycanın ŞƏT ilə əməkdaşlığı və Orta Dəhlizdəki rolu mühüm əhəmiyyət daşıyır VİDEO

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova

® “AccessBank”da yeni dalğa – “AccessRadio” artıq yayımda!

BMU-nun 37 tələbəsi ikili diplom proqramı çərçivəsində Çinə yola salınıb

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodinadan

ASAN könüllüləri rəqəmsal gələcəyin imkanlarını öyrəniblər

Novak Cokoviç karyerasında ilk dəfə “US Open”in birinci turunda məğlub olub

“Araz-Naxçıvan”ın futzalçısı: Çempionlar Liqasında ən arzuolunmaz rəqib “Piast”dır