Alimlər xərçəng hüceyrələrinin məhvinə təsir edən yeni mexanizm müəyyənləşdiriblər
Bakı, 14 may, AZƏRTAC
İsrail alimləri hüceyrələrin bir-biri ilə əlaqəsinin yeni formasını aşkar ediblər. Tədqiqatçılar bu kəşfin gələcəkdə xərçəng müalicəsinin daha effektiv üsullarının hazırlanmasına kömək edə biləcəyini düşünürlər.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Hayfa Universitetinin alimləri tərəfindən aparılan tədqiqat hüceyrələr arasında siqnalların ötürülməsində mühüm rol oynayan “Notch” adlı reseptora həsr edilib. İndiyədək alimlər düşünürdülər ki, “Notch” yalnız digər hüceyrələrdən gələn siqnalları qəbul edir. Lakin yeni araşdırma göstərib ki, bu reseptor qonşu hüceyrələrə də təsir göstərə bilir. Müəyyən olunub ki, “Notch” bəzi hallarda yaxınlıqdakı hüceyrələri aktivləşdirərək onların digər hüceyrələri udmasına səbəb olur. Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə xərçəng hüceyrələrinin daha dəqiq tanınması və aradan qaldırılması üçün yeni müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.
Araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [12:21]
Yeni Zelandiyada qaz ehtiyatları kəskin azalıb
- 14.05.2026 [12:06]
Qardabanidə baş verən qəzada 5 nəfər həyatını itirib
- 14.05.2026 [12:03]
“WhatsApp”da süni intellektlə şəxsi söhbətlər üçün “İnkoqnito-çat” yaradılıb
- 14.05.2026 [11:53]
BMT-nin ekspert hesabatı: Total izlənilmə dünyada adi hala çevrilir
- 14.05.2026 [11:13]
ABŞ-nin neft ehtiyatları azalıb
- 14.05.2026 [10:59]
Donald Tramp Si Cinpinlə görüşdə Tayvanla bağlı sualı cavabsız qoyub
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]