Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
Bakı, 14 may, AZƏRTAC
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir universitetin müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilib və universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb. Yarışın həlledici oyunları AZMİU-nun idman zalının futzal meydançasında baş tutub.
Üçüncü yer uğrunda görüşdə İnşaat fakültəsinin komandası Memarlıq fakültəsinin kollektivini 5:1 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçısı olub. Final qarşılaşmasında isə Tikinti-İqtisad fakültəsi ilə Nəqliyyat fakültəsinin komandaları üz-üzə gəliblər. Rəqibini 3:2 hesabı ilə üstələyən Tikinti-İqtisad fakültəsinin komandası yarışın qalibi olub.
Turnirin yekununda qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutanlar isə müvafiq medallarla mükafatlandırılıblar. Bununla yanaşı, fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]