Bişkekdə türkdilli xalqların filmləri nümayiş olunur
Bişkek, 14 sentyabr, АZƏRTAC
TürkPA-nın Bişkekdə keçiriləcək komissiya iclasları çərçivəsində paytaxtın “Manas” kinoteatrında türkdilli xalqların film günlərinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində TürkPA-nın komissiya iclaslarında iştirak etmək üçün Bişkekə gələn Azərbaycan, Qazaxıstan və Türkiyənin TürkPA-da təmsil olunan deputatları, həmçinin Qırğızıstan parlamentinin bu qurumdakı üzvləri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Sentyabrın 16-dək davam edəcək film günləri Qırğızıstanın “Gecə qəzası” filmi ilə açılıb.
Üç gün ərzində kinoteatrda Azərbaycandan “Qızıl baxça”, Qazaxıstandan “Oralman”, Türkiyədən isə “Ayla” və “Buğday” filmləri nümayiş ediləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek