Bişkekdə Ürək Cərrahiyyəsi İnstitutunda yanğın olub, ölənlər var
Bakı, 12 fevral, AZƏRTAC
Bişkekdə Ürək Cərrahiyyəsi İnstitutunda yanğın olub, reanimasiya şöbəsində olan iki xəstə həlak olub.
AZƏRTAC Kabar agentliyinə istinadla xəbər verir ki, hadisəylə bağlı səhiyyə naziri açıqlama verib. Bildirib ki, yanğın zirzəmidən başlayıb və dərhal bina tüstü ilə dolub. Reanimasiya şöbəsində əməliyyatdan sonra süni tənəffüs aparatına qoşulan xəstələr olub. Onlar Kardiologiya Mərkəzinin qonşu binasına təxliyə edilsə də, ikisi həlak olub.
Nazir qeyd edib ki, yanğından xəsarət alan digər xəstələr üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, hadisə nəticəsində 216 xəstə və 44 tibb işçisi olmaqla 260 nəfər təxliyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]