Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biz dar gündə də birlikdəyik, şad gündə də

Bakı, 19 yanvar (AZƏRTAC). 20 Yanvar 1990-cı il - Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə olan bu gün bizim üçün ibrətamiz bir örnəkdir: daim yadda saxlamalıyıq ki, müstəqillik mübarizəsiz, azadlıq isə qurbansız başa gəlmir. Sabah tariximizin bu kədərli səhifəsini 23-cü dəfə çevirəcəyik. Xaricdəki soydaşlarımız, planetin bütün guşələrində Azərbaycanın dərdinə şərik olanlar da sabahkı hüzn gününü bizimlə bərabər qeyd edəcəklər.

Məsələn, İsraildə yaşayan həmvətənimiz, “İsrail-Azərbaycan” (AZİZ) Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Yeganə Salman AZƏRTAC-a göndərdiyi məktubunda Azərbaycan xalqının kədərinə şərik olduğunu bildirir. Bu məktuba hazırda İsraildə yaşayan, əslən Bakıdan olan, AZİZ Assosiasiyasının üzvü Boris Dobinin 1990-cı il yanvarın 20-də çəkdiyi nadir fotoşəkillər də əlavə edilmişdir. Vurğulayırıq ki, bu fotoşəkillər indiyə qədər heç vaxt və heç yerdə dərc edilməmişdir.

AZƏRTAC həmin məktubu və fotoşəkilləri oxucuların diqqətinə təqdim edir.

“Bakı, yanvar 1990-cı il.

1990-cı il yanvarın 20-də Bakıda baş vermiş hadisələr bakılıların yaddaşında dövlət hakimiyyəti tərəfindən öz xalqına qarşı törədilmiş zorakılıq nümunəsi kimi həmişəlik qalacaqdır. Azərbaycanın və eyni zamanda Sovet İttifaqının vətəndaşları dövlət başçısının əmri ilə sovet ordusu tərəfindən təcavüzün qurbanları oldular. Yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda dinc sakinlərə tutduğu amansız divan görünməmiş bir hadisə idi.

Bakı şəhərinin sakinləri, Azərbaycanın bütün əhalisi şok vəziyyətində idi. İnsanlar başa düşə bilmirdilər: ordu öz dövlətinin dinc sakinlərini necə gülləbaran edə bilərdi. Məsələ ondadır ki, Sovet İttifaqı adlanan dövlət o vaxt artıq can üstündə idi. “Ayaqları gildən düzəldilmiş nəhəng” göz qabağında məhv olmaqda idi. Müstəqilliyə can atan respublikaların İttifaqdan ayrılmasına qarşı son tədbir kimi hərbi qüvvə tətbiq edilirdi. Hərbiçilər azadlıq eşqi ilə coşmuş insanlara qarşı xüsusi qəddarlıq nümayiş etdirirdi.

General-mayor A.Lebedin komandan olduğu qoşunlar Bakının erməni əhalisinin talan edilməsinin qarşısını almaq bəhanəsi ilə (hərçənd, məlumdur ki, o vaxt Bakıda demək olar ki, erməni qalmamışdı) Azərbaycanda Xalq Cəbhəsini darmadağın etmək və Kommunist Partiyasının hakimiyyətini xilas etmək məqsədilə Bakı sakinlərinə xüsusi amansızlıqla divan tutur, hətta qadınlara, uşaqlara, hətta qocalara da rəhm etmirdi.

O faciəli günlərdə baş verən hadisələr barədə Dmitri Furmanın və Əli Abbasovun dedikləri: “Şəhərə qoşun yeridilməsi misilsiz qəddarlıqla müşayiət olunurdu - əsgərlər hərəkət edən hər bir hədəfə, qaranlıq döngələrə və evlərin pəncərələrinə atəş açırdılar. Şəhərdə fövqəladə vəziyyət radio vasitəsilə elan edilənə qədər artıq 82 nəfər öldürülmüşdü. Onların əksəriyyətinin piketlərə heç bir aidiyyəti yox idi. Bundan sonra daha 21 nəfər həlak oldu. Odlu silah yaralarından həlak olmuş 82 nəfərin cəsədində 44 güllə yeri kürəklərində idi, belləri süngü ilə dəlmə-deşik edilmiş insanlar da var idi.

Britaniyalı jurnalist Tomas de Vaal özünün “Qara bağ” kitabının altıncı fəslində yazır: “Tanklar barrikadaların üstündən keçir, öz yolunda qarşısına çıxan avtomobilləri və hətta təcili yardım furqonlarını da basıb keçirdi”. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamlara atəş açır, yaralıları qətlə yetirirdilər. İçərisində dinc sakinlər olan avtobusun atəşə tutulması nəticəsində sərnişinlərin çoxu, o cümlədən 14 yaşlı qızcığaz həlak olmuşdu.

İndi hərəsi dünyanın bir guşəsində yaşayan biz - keçmiş bakılılar o dəhşətli günlərin canlı şahidləriyik. Buna baxmayaraq, biz sadəcə, fiziki mənada küçələrdə və şəhərlərarası magistrallarda baş verənlərin hamısını görə bilməzdik, çünki adamların əksəriyyəti evlərindən çıxmağa qorxurdu, bizim evlərin damlarında dayanmış snayperlər hər kəsə atəş aça bilərdi. Lakin o günlərin şahidlərinin ifadələri, tarixçilərin tədqiqatları, etibarlı məlumatlar var, onlar tariximizin səhifələrində elə ləkələrdir ki, heç vaxt yuyulmayacaqdır.

Kinorejissor Stanislav Qovoruxin Bakıya qoşun yeridilməsi barədə yazır: “Yanvarın 19-dan 20-nə keçən gecə qoşunlar şəhərə daxil oldu. Lakin sovet ordusu sovet şəhərinə işğalçı ordu kimi - gecənin qaranlığında, tanklarla və zirehli maşınlarla daxil oldu, qarşısına çıxan hər kəsi odlu və soyuq silahla məhv etməyə başladı. Hərbi komendantın məlumatına görə, həmin gecə döyüş-sursat sərfi 60 min patrona bərabər olmuşdur. Bakı-Sumqayıt yolunun kənarında dayanmış minik maşını tank kolonnasının keçib getməsini gözləyirdi. Həmin maşında Elmlər Akademiyasının üç alimi, biri qadın olmaqla üç professoru vardı. Birdən tanklardan biri kolonnadan ayrılaraq həmin maşının üstündən keçdi, maşındakı bütün sərnişinlər tankın altında qaldı. Kolonna dayanmadı. O, “şəhərdə məskən salmış düşməni” darmadağın etməyə getdi.

Bizim doğulub boya-başa çatdığımız, bizə çox yaxın və doğma olan şəhər bircə anda bizə yad və qorxulu oldu, axı, bizim hər birimiz ən azı bir qonşusunu və ya doğmasını, tanıdığı, yaxud tanımadığı, lakin bakılı olan, deməli, bizə yaxın olan adamını itirmişdi. Axı, bakılılar heç vaxt bir-birinə yad olmamışlar.

Biz hamımız bir milyona yaxın insanın iştirak etdiyi dəfn mərasiminin şahidi olduq. Buna oxşar hadisəni heç vaxt görməmişdik və Allah eləməsin ki, haçansa, haradasa belə hadisələr təkrarlansın. Heç bir günahı olmadığı halda qətlə yetirilmiş, silahsız, öz küçələrində, hətta öz evlərində təsadüfən gülləyə tuş gəlmiş gəncləri dəfn edirdilər. Onların bəziləri yaralılara kömək etməyə çalışarkən öldürülmüşdü.

1990-cı il yanvarın 20-də Bakıda baş vermiş hadisələr artıq dağılmaqda olan sovet imperiyasının dəhşətli simasını açıb göstərdi. İndi “Qara yanvar” deyilən o dəhşətli hadisələr bizim həyatımızı iki hissəyə bölmüşdür: O vaxta qədər bizdə belə bir illüziya vardı ki, biz dünyada ən sivil ölkənin vətəndaşlarıyıq, ondan sonra isə biz Sovet İttifaqı adlanan dövlətin iç üzünü gördük.

O sərt yanvar günləri Azərbaycan xalqının tarixində sovet ideoloji siyasətinin onilliklər boyu şüurlu və məqsədyönlü şəkildə tamamilə və ya qismən məhv edilmək dərəcəsinə endirilmiş milli mənlik şüurunun bərpasına doğru dönüş günləri oldu. 1990-cı il yanvar hadisələri göstərdi ki, hər bir xalq özünün azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmalı və qan bahasına qazanılanları müdafiə etməyi bacarmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik