REGİONLAR
Biznes üçün təlim və məsləhət xidmətləri Xaçmaz KOB İnkişaf Mərkəzində
![](/files/galleryphoto/2020/1/1200x630/15815777795280516916_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15815777801473321926_1200x630.jpg)
Bakı, 13 fevral, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarları (KOB) və biznesə başlamaq istəyənləri KOB İnkişaf Mərkəzinin xidmətlərindən yararlanmağa dəvət edir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Xaçmaz KOB Evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların maarifləndirilməsi, təlimlərin, seminarların və təcrübə proqramlarının təşkili üzrə xidmətlər təqdim olunur.
2020-ci ildə KOB İnkişaf Mərkəzi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda KOB subyektləri üçün 150-dən çox təlim və netvorkinq, müxtəlif məsləhət xidmətin göstərilməsi, yeni KOB subyektlərinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, bu il Bakıda və ölkə regionlarında daha 3 KOB İnkişaf Mərkəzinin yaradılması planlaşdırılır.