BMT-NİN BAŞ KATİBLİYİNƏ NAMİZƏDLƏR ÜZRƏ REYTİNQ SƏSVERMƏSİNİN İKİNCİ DÖVRƏSİ GÖZLƏNİLMƏZ NƏTİCƏ VERMƏDİ
Qeyri-rəsmi məlumata görə, Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü ona səs vermişdir (birinci dəfə 12 səs). İkinci iddiaçı - BMT baş katibinin müavini, hindistanlı Şaşi Tarur barədə səsvermənin nəticələri, demək olar, dəyişməmişdir - 10 səs. Siyahıda üçüncü yeri əvvəlkitək Tailandın Baş nazirinin müavini Surakiat Satientay tutur, onun ardınca bu günlərdə seçkiqabağı mübarizəyə qoşulan İordaniyanın BMT-dəki daimi nümayəndəsi şahzadə Zaid əl-Hüseyn gəlir. Nəhayət, axırıncı yeri əvvəllər BMT baş katibinin tərksilah məsələləri üzrə müavini olmuş Şri-Lanka diplomatı Cayanta Dhanapala tutur.
BMT dairələrində iordaniyalı diplomatın belə az səs toplamasına diqqət yetirmişlər. Çünki çoxları onu iddiaçılar qrupunda lider hesab edirdilər. Çünki İordaniya kral sülaləsinin 42 yaşlı şahzadəsi çoxtərəfli danışıqlar aparmaq sahəsində yüksək peşə keyfiyyətlərinə malikdir, BMT problemlərinə bələddir və ünsiyyətcildir. Ona ingilislər və amerikalılar da rəğbətlə yanaşırlar.
Ümumiyyətlə, müşahidəçilərin fikrincə, hər hansı namizəd barəsində proqnoz vermək hələ tezdir.
Xatırladaq ki, indiki baş katib Kofi Annanın səlahiyyət müddəti dekabrın 31-də bitir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]