BMT rəsmisi: Hörmüz boğazının bağlanması aclıq problemi ilə üzləşən ölkələrdə vəziyyəti ağırlaşdırır
Qahirə, 24 mart, AZƏRTAC
Hörmüz boğazının bağlanması Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somali kimi aclıq və yoxsulluq problemi ilə üzləşən ölkələrdə vəziyyəti daha da ağırlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) rəhbəri Xorxe Moreyra da Silva bildirib.
Qeyd olunub ki, Yaxın Şərqdə gərginliyin artmasının nəticələri münaqişədən zərər çəkən ölkələrin hüdudlarını aşır. Belə ki, Hörmüz boğazının bağlanmasının ən ciddi təsirləri Asiya və Afrikadakı inkişaf etməkdə olan ölkələrdə də hiss olunacaq.
BMT rəsmisinin sözlərinə görə, Hörmüz boğazında baş verən pozuntular enerji təchizatını təhlükə altına alır, bu isə gübrə bazarına təsir göstərərək ərzaq təhlükəsizliyini zəiflədir və aclıq problemi ilə daha çox üzləşən ölkələrdə vəziyyəti daha da pisləşdirir.
Vurğulanıb ki, yaxın bir il ərzində dünyada aclıqdan əziyyət çəkən insanların sayı on milyonlarla arta bilər. Bundan başqa, Körfəz regionunda münaqişənin genişlənməsi maliyyə köçürmələrinə, xüsusilə Cənubi Asiyaya yönələn vəsaitlərə mənfi təsir göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]