BMT Təhlükəsizlik Şurası HƏMAS liderinin ölümü ilə bağlı təcili iclas keçirib
Vaşinqton, 1 avqust, AZƏRTAC
BMT Təhlükəsizlik Şurası HƏMAS lideri İsmayıl Haniyənin ölümü və Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclas keçirib. AZƏRTAC-ın məlumatına görə, toplantı İran tərəfinin çağırışı, Rusiya, Əlcəzair və Çinin dəstəyi ilə baş tutub.
İranın BMT-dəki nümayəndəsi çıxış edərək bildirib ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsi ciddi əhəmiyyət kəsb edən və aktual məsələdir.
ABŞ-ın BMT-dəki nümayəndəsi çıxışı zamanı qeyd edib ki, ABŞ HƏMAS liderinin öldürülməsindən xəbərsiz olub və bu işdə iştirak etməyib. O bildirib ki, bu, region üçün təhlükəli vəziyyət yaradır və üzvləri regiondakı bu gərginliyi azaltmaq üçün birgə işləməyə çağırıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]