BOLQARISTAN PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İNCƏSƏNƏT MUZEYİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin nümayəndə heyəti yanvarın 25-də Azərbaycan Dövlət incəsənət muzeyində olmuşdur.
Burada qonaqlar qədim Azərbaycan, Qərbi Avropa, rus incəsənəti nümunələri ilə yaxından tanış olmuş və onlara muzeyin eksponatları haqqında ətraflı məlumat verilmişdir.
Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, nümayəndə heyətinin başçısı Rəmzi Osman eksponatların onlarda böyük maraq doğurduğunu söyləmiş və bu sənət əsərlərinin gələcək nəsillər üçün qorunub saxlanılmasının əhəmiyyətini qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]