BOLQARISTANLA AZƏRBAYCANIN TURİZM SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞININ YAXŞI PERSPEKTİVLƏRİ VARDIR
Bolqarıstanla Azərbaycanın turizm sahəsində əməkdaşlığının yaxşı perspektivləri vardır. Bunu gənclər, idman və turizm naziri Əbülfəz Qarayev deputat Rəmzi Osmanın başçılıq etdiyi Azərbaycan-Bolqarıstan parlamentlərarası qrupunun üzvləri ilə görüşdə bildirmişdir.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın hüquqi bazası 1999-cu ildə imzalanmış sazişə əsaslanır. Görüşdə ölkələrimizin turizm potensialının kütləvi informasiya vasitələrində təbliğini təmin etmək məqsədi ilə Azərbaycan və Bolaqarıstan jurnalistləri üçün informasiya turlarının təşkili, regionlar arasında, ilk növbədə, qardaşlaşmış şəhərlər Şəki və Qabrovo arasında turist nümayəndə heyətləri mübadiləsini nizama salmaq təklif olunmuşdur. Azərbaycan turizm sahəsində müəyyən uğurlar qazanmış Bolqarıstanla bu sahənin inkişafına dair təcrübə mübadiləsində, habelə bolqarıstanlı sərmayədarların Xəzəryanı turizm layihələrində iştirakı məsələlərində maraqlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]