BÖYÜK BRİTANİYA DÜNYA BANKINA ULTİMATUM VERMİŞDİR
Xəbərdarlıqda deyilir ki, Dünya Bankı inkişafda olan ölkələri bazarlarını liberallaşdırmağa və kommunal xidmətlər göstərən müəssisələrini özəlləşdirməyə məcbur etməsinə son qoymasa, Böyük Britaniya bu maliyyə təşkilatına haqq kimi 50 milyon funt sterlinqin (95 milyon dollar) ödənilməsini dayandıracaqdır.
Britaniyanın beynəlxalq inkişaf naziri Hilari Benn bildirmişdir ki, London öz mövqeyini Dünya Bankının prezidenti Pol Vulfovitsin nəzərinə çatdırmışdır. Böyük Britaniya inkişaf etməkdə olan ölkələr üçün kredit alınmasının ağır şərtlərinin ləğvinə dair danışıqlarda irəliləyişin olmamasından narazıdır.
Xatırladaq ki, ABŞ paytaxtında yerləşən Dünya Bankı yoxsul ölkələrə yardım üçün yaradılmışdır. Bankın ən iri səhmdarları Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya və ABŞ hökumətləridir. Keçən il London bu banka 1,3 milyard funt sterlinq (2,5 milyard dollar) haqq ödəmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]