Böyük Britaniya hökuməti ölkəyə daxilolma qanunlarına dəyişiklik edib
London, 5 fevral, AZƏRTAC
Böyük Britaniya hökuməti ölkəyə daxilolma qanunlarına dəyişiklik edib.
Belə ki, fevralın 15-dən etibarən Krallığın vətəndaşı ya da turist olmağından asılı olmayaraq ölkəyə daxil olan şəxslər müəyyən olunmuş otellərdə 10 gün müddətində karantində olacaqlar. Bu qanun Braziliya, Kolumbiya, Argentina, Anqola, Peru, Portuqaliya, Ekvador, Mozambik, Cənubi Afrika Respublikası və s. 33 ölkəyə şamil olunub. Otellərdə qalan şəxslərin karantin şərtlərini pozmaması üçün obyektlərdə təhlükəsizlik tədbirləri görülüb.
Qanun mutasiyaya uğramış koronavirus növünün ölkədə yayılmasının qarşısını almaq üçün qəbul edilib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]