Böyük Britaniya hökuməti sığınacaq axtaranlarla bağlı yeni qadağalar elan edib
London, 30 noyabr, AZƏRTAC
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud tibbi məqsədlə taksidən istifadə edən sığınacaq axtaranlarla bağlı yeni qadağalar elan edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, taksi yalnız fiziki əlillik, hamiləlik və ya ciddi xəstəlik kimi istisna və sübuta əsaslanan hallarda istifadə oluna biləcək. Nazirliyin qərarına görə, tibbi səfərlər üçün taksi sifarişi yalnız Daxili İşlər Nazirliyinin birbaşa təsdiqi ilə həyata keçiriləcək. Qaydaların fevral ayından qüvvəyə minəcəyi və bütün xidmət təminatçılarının bu tarixdən etibarən taksi istifadəsini dayandırmalı olduqları bildirilib.
Şabana Mahmud qeyd edib ki, hökumət sığınacaq axtaranların tibbi görüşlərə ictimai nəqliyyat vasitəsilə çatdırılması istiqamətində xidmət təminatçıları ilə əməkdaşlıq edir: “Bu hökumətə əvvəlki mühafizəkar administrasiyadan vergiödəyicilərinin milyardlarla vəsaitinin israf olunduğu müqavilələr miras alıb. Mən xəstəxana görüşləri üçün taksidən məhdudiyyətsiz istifadəyə son qoyuram və bunu yalnız ən istisna hallarda təsdiq edəcəyəm”.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]