Böyük Britaniyada meşə yanğınları baş verib
London, 15 iyul, AZƏRTAC
Ötən gecə Böyük Britaniyanın paytaxtı London şəhərinin şərqində yerləşən üç fərqli ərazidə - Dagenem, Hornçerç və Valtamstou Marşlarında meşə yanğınları baş verib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yanğınların söndürülməsinə 200-dən çox yanğınsöndürən cəlb olunub. Ən böyük yanğın Dagenemdə 8 hektar ərazidə qeydə alınıb. Burada alov yaşayış evlərinə yaxınlaşıb, sakinlərin bəziləri evlərini müvəqqəti tərk etmək məcburiyyətində qalıblar.
London yanğın xidmətinin məlumatına görə, bu cür yanğınların sayı isti və quraq hava şəraiti ilə əlaqədar artmaqda davam edir.
Yay mövsümündə riskin artması ilə əlaqədar yanğınsöndürənlər üçün xüsusi təlimlər təşkil olunub.
Yanğınların səbəbi araşdırılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]