Böyük Britaniyada qış fəslində tarixdə ilk dəfə temperatur 20 dərəcəni aşıb
Bakı, 26 fevral, AZƏRTAC
Böyük Britaniyada, Uelsin qərb hissəsində qış fəslində mütləq temperatur rekordu qeydə alınıb.
AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, Birləşmiş Krallıq ərazisində ilin ən soyuq fəslində havanın temperaturu meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq 20 dərəcədən yüksək olub.
Birləşmiş Krallığın meteoroloji xidmətinin məlumatında deyilir: “Kerediqion qraflığının Troskoyeda şəhərində temperatur 20,3 dərəcəyə çatıb. Həmin gün meteoroloji müşahidələr tarixində fevral ayının ən isti günü olub. Ümumiyyətlə, bu bölgədə qış vaxtı temperaturun 20 dərəcədən çox olması ilk dəfə qeydə alınıb”.
Ekspertlər bu rekord göstəricini onunla izah edirlər ki, hazırda Avropanın mərkəzi hissəsində bərqərar olmuş yüksək təzyiq zonası Aralıq dənizi hövzəsindən gələn isti havanın şimal istiqamətində irəliləməsinə imkan yaradır.
Qış fəslində bundan əvvəlki temperatur rekordu (19,7 dərəcə) 1998-ci il fevralın 13-də Londonun Qrinviç rayonunda qeydə alınıb. Xatırladaq ki, planetimizi qərb və şərq yarımkürələrinə bölən sıfırıncı meridian Qrinviçdən keçir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]